Sosial media platformalarında kontent yaradır və reklam kampaniyalarını idarə edir, 1.5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Nugmas Group MMC-dan vakansiya: SMM mütəxəssisi tələb olunur
Vəzifə öhdəlikləri:
- Sosial media hesabları üçün aylıq kontent planı hazırlamaq;
- Məhsullar haqqında maraqlı post və Reels ideyaları yaratmaq;
- Telefonla video çəkilişlər etmək, videoları montaj edib paylaşım üçün hazırlamaq;
- Məhsulları sosial şəbəkələrdə düzgün və cəlbedici təqdim etmək;
- Blogger və influenserlərlə əlaqə saxlamaq, reklam çəkilişlərini təşkil etmək;
- Mağazalarda keçirilən kampaniya və tanıtım işlərində iştirak etmək;
- Paylaşımların baxış və əhatə göstəricilərini izləmək, nəticələr barədə məlumat vermək;
- Sosial media hesablarına gələn mesaj və şərhlərə vaxtında cavab vermək.
Namizədlərə tələblər:
- Təhsil : Vacib deyil
- İş təcrübəsi : 1 ilə kimi (SMM sahəsində təcrübə üstünlükdür)
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 18-35 yaşında Xanım namizədlərin müraciətlərinə üstünlük verilir
- Instagram və TikTok platformalarını yaxşı tanımaq;
- Reels və qısa videolar üçün ideya hazırlamaq və çəkiliş etmək bacarığı;
- Yaradıcı, ünsiyyətcil və məsuliyyətli olmaq;
- Tapşırıqları vaxtında yerinə yetirmək və nəticəyə görə məsuliyyət daşımaq;
- Kosmetika və dəriyə qulluq məhsullarına maraqlı olmaq;
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09:30-dan 18:00-kimi
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 700 manat təşkil edir + İşin effektivliyinə və əldə olunan nəticələrə görə əlavə bonus
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Sosial media meneceri üzrə bazar adətən 550–800 ₼ ödəyir, median — 700 ₼.
26 açıq vakansiya, 60 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sosial media meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 09:30-dan 18:00-kimi, 5 günlük iş həftəsidir.
Başlanğıc aylıq məvacib 700 manatdır, əlavə bonuslar mövcuddur.
SMM sahəsində 1 ilə kimi təcrübə üstünlükdür, lakin tələb olunmur.
18-35 yaş arasında xanım namizədlərə üstünlük verilir.
Müraciət etmək üçün sənədləri e-poçt vasitəsilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSosial media meneceri üzrə digər açıq elanlar.
Sosial media platformalarını idarə edir və kreativ kontent hazırlamaq bacarığı tələb olunur
TikTok və digər sosial şəbəkələrdə videolar hazırlamaq və canlı yayımları idarə etmək tələb olunur
Sosial media hesablarını idarə edir, kontent hazırlayır və Meta Ads bacarığı tələb olunur



