Instagram, TikTok və WhatsApp üzərindən müştəri əlaqələrini idarə etmək və kontent hazırlamaq bacarığı tələb olunur.
Vakansiya haqqında
Vakansiya: SMM / Social Media & Content Specialist
Şirkət haqqında
Biz innovativ rəqəmsal platformayıq. Platforma istifadəçilərə müxtəlif kateqoriyalar üzrə məkanları asanlıqla tapmağa və xüsusi endirimlərdən yararlanmağa imkan verir.
Məhsul artıq hazırdır və yaxın zamanda bazara təqdim olunacaq. Hazırda brendin sosial media və kontent istiqamətini formalaşdıracaq kreativ komanda üzvü axtarırıq.
Vəzifə haqqında
Komandamıza ilkin olaraq Instagram olmaqla şirkətin sosial media hesablarını idarə edəcək və brendin sosial media üslubunun formalaşmasında iştirak edəcək SMM / Social Media & Content Specialist axtarılır.
Bu rolda əsas məqsəd sadəcə paylaşım etmək deyil, brend üçün vahid və tanınan sosial media üslubu yaratmaq, aktual trendləri izləmək və kreativ kontent ideyalarını real paylaşımlara çevirməkdir.
Namizəd həm mövcud trendləri analiz etməli, həm də özü yeni və kreativ kontent ideyaları irəli sürməlidir. Eyni zamanda dizayn və çəkiliş komandası ilə koordinasiyalı işləyərək hazırlanacaq kontentin istiqamətini müəyyənləşdirməyə kömək etməlidir.
Əsas öhdəliklər
- İlkin olaraq Instagram olmaqla şirkətin sosial media hesablarının idarə olunması
- Sosial media hesablarında vahid vizual və kommunikasiya üslubunun qorunması
- Kontent planının hazırlanmasında iştirak və planın icrasının koordinasiyası
- Aktual sosial media trendlərinin, formatlarının və kontent nümunələrinin araşdırılması
- Kreativ və yeni kontent ideyalarının irəli sürülməsi
- Paylaşımların mövzu, format və istiqamətinin müəyyənləşdirilməsi
- Dizaynerlərə hazırlanacaq kontentin istiqaməti üzrə brief və ideyaların verilməsi
- Foto/video çəkiliş komandası ilə işləmək və çəkilişlər üçün kontent istiqamətləri təklif etmək
- Paylaşımların mətnlərinin hazırlanması və ya hazırlanmasına nəzarət
- Sosial media auditoriyasının reaksiyalarını və kontentin nəticələrini izləmək
- Effektiv kontent formatlarını müəyyənləşdirmək və yeni yanaşmaları test etmək
- Brendin sosial mediada tanınan və ardıcıl imicinin formalaşdırılmasına töhfə vermək
Namizədə dair tələblər
- Kreativ düşüncə və yeni ideyalar irəli sürmək bacarığı
- Sosial media trendlərini izləmək və onları brendə uyğunlaşdırmaq bacarığı
- Instagram və sosial media platformalarının iş prinsipləri haqqında ümumi anlayış
- Kontent planlaşdırma və ideyanı konkret tapşırığa çevirə bilmə bacarığı
- Dizayner və çəkiliş komandası ilə effektiv kommunikasiya qurmaq
- Vaxt ayıra bilmək və verilən işləri vaxtında icra etmək
- Təşəbbüskar və məsuliyyətli yanaşma
- Öyrənməyə və yeni formatları sınamağa açıq olmaq
Təcrübə mütləq deyil. Əsas olan kreativlik, sosial mediaya maraq, təşəbbüskarlıq və bu işə kifayət qədər vaxt ayıra bilməkdir.
Niyə qoşulmalı?
- Brendin sosial media istiqamətinin formalaşdırılmasında birbaşa iştirak imkanı
- Kreativ ideyaları real layihələrdə tətbiq etmək imkanı
- Dizayn və çəkiliş komandası ilə birlikdə işləmək
- Startup mühiti: çevik, dinamik və innovativ
- Remote və freelance iş formatı
- İlkin mərhələdə gündəlik təxminən 3–4 saat fokus (sonrakı mərhələdə dəyişə bilər)
Müraciət üçün
CV və varsa portfolio / idarə etdiyiniz sosial media hesablarını “SMM” başlığı ilə göndərə bilərsiniz:
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sosial media meneceri üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 700 ₼.
18 açıq vakansiya, 47 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sosial media meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı Ekonomik Zonasında yerləşir.
İlkin mərhələdə gündəlik təxminən 3–4 saat fokus tələb olunur, sonrakı mərhələdə dəyişə bilər.
Təcrübə mütləq deyil, əsas kreativlik və sosial mediaya maraqdır.
Remote və freelance iş formatıdır.
CV və varsa portfolio / idarə etdiyiniz sosial media hesablarını “SMM” başlığı ilə göndərə bilərsiniz. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSosial media meneceri üzrə Bakıda digər açıq elanlar.
Sosial media hesablarını idarə edir, kontent yaradır və video montaj bacarığı tələb olunur.
Sosial media hesablarını idarə edir, kreativ kontent hazırlayır və komanda ilə işləyir.
Instagram və Meta Ads idarə edir, video çəkir və montaj edir, AI alətlərindən istifadə edir.



