Instagram, TikTok və LinkedIn sosial şəbəkələrini idarə edir, 3 il SMM təcrübəsi tələb olunur.
Vakansiya haqqında
İş şəraiti
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
- Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
- Şirkətin brend və məhsul kommunikasiya prioritetlərinə uyğun aylıq sosial media kontent planının hazırlanması və icrasının koordinasiyası;
- Rəqəmsal kanallar vasitəsilə şirkət brendi və məhsullarının hədəf auditoriyaya çatdırılmasının təmin edilməsi;
- Şirkətin sosial media hesablarının idarə olunması və inkişaf etdirilməsi;
- Şirkətin korporativ və məhsul səhifələrində aidiyyəti bölmələrin mütəmadi yenilənməsi, kontentin hazırlanması və aktuallığının təmin edilməsi;
- Şirkətin rəqəmsal platformalarda aktivliyinin təmin edilməsi;
- Post planının və paylaşım təqviminin idarə olunması, kontentin vaxtında və düzgün yayımlanmasının təmin edilməsi;
- Kreativ və sosial media agentlikləri ilə işin koordinasiyası, kontent üzrə briflərin hazırlanması, təqdim olunan materialların qiymətləndirilməsi və icrasına nəzarət edilməsi;
- İnfluenser marketinq fəaliyyətlərinin koordinasiyası, influenserlər və influenser agentlikləri ilə işin təşkili, kontent üzrə briflərin hazırlanması, əməkdaşlıqların icrasına nəzarət edilməsi və nəticələrinin izlənilməsi;
- Sosial media kanallarının əsas performans göstəricilərinin mütəmadi izlənilməsi və təhlili, aylıq və kampaniya əsaslı hesabatların hazırlanması;
- Sosial media və rəqəmsal trendlərin izlənilməsi, uyğun trendlərin şirkətin brend və məhsul kommunikasiyasına adaptasiyası üzrə təkliflərin hazırlanması;
- Məhsul və xidmətlərin kommunikasiyası üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak;
- Digər rəqəmsal marketinq fəaliyyətlərinin, o cümlədən SEO üzrə on-site işlərin icrasında iştirak edilməsi.
Tələblər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq və ya digər əlaqəli ixtisaslar üzrə);
- Azərbaycan və ingilis dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı (rus dili arzuolunandır);
- MS Office proqramlarında sərbəst iş bacarığı;
- Sosial media platformaları və onların analitika alətləri ilə işləmə bacarığı;
- Google Analytics və Google Tag Manager üzrə biliklər;
- Marketinq layihələrinin idarə edilməsi üzrə təcrübə;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Şirkətin fəaliyyət sahəsində və ya analoji məhsullarla iş təcrübəsi (üstünlükdür);
- DMI və ya bənzər sertifikatlar (üstünlükdür);
- Rəqəmsal marketinq və/və ya sosial media üzrə minimum 2 il iş təcrübəsi.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Sosial Media üzrə mütəxəssis” vəzifəsini qeyd etməyi unutmayın.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sosial media meneceri üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 700 ₼.
38 açıq vakansiya, 60 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sosial media meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
ABB-İnvest İnvestisiya Şirkəti QSC (Şirkət) 2020-ci ildə yaranmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş müvafiq lisenziyaya əsasən fəaliyyət göstərir.
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftə içi 5 gün, 09:00–18:00, 13:00–14:00 nahar fasiləsi ilə işlənir.
Əmək haqqı razılaşma əsasında təyin olunur.
İş yeri Bakı şəhərində yerləşir.
Rəqəmsal marketinq və/və ya sosial media üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
CV göndərilməlidir, mövzu sətrində “Sosial Media üzrə mütəxəssis” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSosial media meneceri üzrə Bakıda digər açıq elanlar.
Sosial media hesablarını idarə edir, kreativ dizayn və video hazırlamaq bacarığı tələb olunur.
Sosial media fəaliyyətlərini idarə edir və kontent strategiyası hazırlamaq bacarığı tələb olunur.
Sosial media strategiyasını satış hədəflərinə uyğun qurur və kreativ kontent yaradır.




