Vakansiya haqqında

Əsas vəzifələr

  • Biznes proseslərini tənzimləyən daxili normativ sənədləri və istifadəçi təlimatlarını hazırlamaq;
  • Biznes ehtiyacları və tələblərini təhlil etmək, dəyişikliklərə dair spesifikasiyaları nəzərdən keçirmək və formalaşdırmaq;
  • Əməliyyat və strateji dəyişikliklər üçün innovativ həllər təklif etmək, həllərin biznes ehtiyacları və tələblərinə uyğunluğunu təmin etmək;
  • AİH və portfel şirkətlərində həyata keçirilən rəqəmsallaşma layihələrini (kibertəhlükəsizlik, süni intellekt, innovasiya və s.) təhlil etmək, planlaşdırmaq və əlaqələndirmək;
  • Layihələr üzrə tapşırıqların icrasını təmin etmək və müvafiq hesabatlar hazırlamaq;
  • Dövlət müəssisələri üzrə məlumatların toplanması və istifadəsi proseslərinin avtomatlaşdırılmasını təşkil etmək;
  • Dövlət müəssisələrinin məlumatlarını özündə əks etdirən Vahid İnformasiya Sisteminin hazırlanmasını və inkişaf etdirilməsini təmin etmək, müvafiq təlimatların hazırlanmasında iştirak etmək;
  • Məlumat bazalarını idarə etmək və onların müntəzəm monitorinqini həyata keçirmək.

Tələblər

  • Biznesin idarə edilməsi, iqtisadiyyat, informasiya sistemləri, mühəndislik və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
  • Biznes analitikası, rəqəmsal transformasiya və ya əlaqəli sahələr üzrə ən azı 3 il iş təcrübəsi (dövlət sektoru və ya iri təşkilati və rəqəmsal transformasiya layihələri üzrə iş təcrübəsinə üstünlük verilir);
  • Rəqəmsal transformasiya yol xəritələrinin hazırlanması, təşəbbüslərin prioritetləşdirilməsi, icra mexanizmlərinin, KPI-ların, risklərin və asılılıqların müəyyən edilməsi bacarığı;
  • PMI-PBA və PMP sertifikatları (arzuolunandır);
  • MS Office proqramlarında səlis işləmək bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, İngilis dilində peşəkar mənbələrlə işləmək və işgüzar kommunikasiya bacarığı;
  • Məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət etmək bacarığı.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 noyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
6 dekabr 2026
HRX ilə müraciət
2
Baxış
185

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 800–1 300 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

39 açıq vakansiya, 29 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Biznes analitiki kimi öz maaşını yoxla

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Minimum 3 il iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Biznes analitiki üzrə Bakıda digər açıq elanlar.

Bonne
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Biznes proseslərini analiz edir, 1C sistemləri üzrə təcrübəsi olan analitik axtarılır

Business Process AnalysisTestingCoordinationIntegration+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Mpay MMC
Mütəxəssis · 2+ ilBakı
Maaş göstərilməyib

Biznes tələblərini toplayan, təhlil edən və sənədləşdirən İT biznes analitik axtarılır

DocumentationBRDProcess AnalysisBPMN+21
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Biznes analitik
Müraciət et