Bank sistemlərinin fəaliyyətinə dəstək göstərir və biznes tələbləri toplamaq bacarığı tələb olunur
Vakansiya haqqında
“Abşeron Logistika” MMC “Biznes analitika üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Makroiqtisadi göstəricilərin, bazar tendensiyalarının və hədəf regionların biznes mühitinin təhlili;
- Hədəf biznes sahəsi üzrə inkişaf perspektivlərinin, rəqabət mühitinin və biznes imkanlarının qiymətləndirilməsi;
- Hədəf biznes sahənin texniki göstəricilərinin, funksionallığının, əməliyyat axışlarının təhlili;
- Biznes planların, inkişaf strategiyalarının və əsas fəaliyyət göstəricilərinin hazırlanması;
- Müştəri tələblərinin təhlili və müvafiq sənədlər paketinin, kommersiya təkliflərinin hazırlanması;
- Müştərilərlə işgüzar kommunikasiyanın aparılması, təkliflərin təqdim edilməsi və müqavilə şərtlərinin razılaşdırılması.
Namizədə qarşı tələblər:
- İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
- MS Office proqramları (xüsusilə Excel) ilə yüksək səviyyədə işləmək bacarığı;
- Biznes proseslərinin modelləşdirilməsi üzrə təcrübə.
Peşəkar tələblər:
- Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
- Problem həlletmə və praktik qərarvermə bacarığı;
- Dəqiqlik və məsuliyyətlilik;
- Prosesləri izləmə və nəticəyə nəzarət etmə bacarığı;
- Müştərilərlə işgüzar danışıqların aparılması və kommunikasiya bacarıqlar.
Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalı üzərindən və ya CV formalarını Müraciət et düyməsində qeyd olunan formu doldurub göndərməklə müraciət edə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes analitika üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
26 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
Abşeron Logistika Mərkəzi Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə beynəlxalq daşımalar, gömrük, broker, terminal, anbar, qapıdan-qapıya və 3PL xidmətləri göstərilir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Namizədin müvafiq sahədə minimum 5 il iş təcrübəsi olmalıdır.
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı tələb olunur.
Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir.
İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil tələb olunur.
Bəli, biznes proseslərinin modelləşdirilməsi üzrə təcrübə tələb olunur.
Namizəd CV formasını doldurub göndərməlidir, mövzu hissəsində “Biznes analitika üzrə menecer” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes analitiki üzrə Bakıda digər açıq elanlar.
Korporativ müştərilər üçün bank tətbiqlərinin inkişafında biznes və sistem analizi aparır, Agile bilik tələb olunur.
İş proseslərini analiz edir, AI texnologiyalarını araşdırır və biznes ehtiyaclarına uyğun həllər təklif edir.
Biznes proseslərinin avtomatlaşdırılması və hesabatların hazırlanması üzrə aparıcı mütəxəssis.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




