Korporativ müştərilər üçün internet-bankinq və mobil tətbiqlərin inkişafında biznes analitik kimi işləyir, minimum 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
İş yeri: Bakı, Azərbaycan
İş növü: Tam ştat (Full-time)
Biznes proseslərinin rəqəmsallaşdırılmasında rol almaq istəyirsiniz?
PROSYS MMC olaraq HRM proqram təminatının inkişafı və tətbiqi layihələrində iştirak edəcək, biznes proseslərini analiz edərək proqram həllərinə çevirə biləcək Biznes Analitik axtarırıq.
Əgər analitik düşüncəyə malik, biznes proseslərini dərindən təhlil etməyi sevən və SQL biliklərinizlə proqram təminatlarının inkişafına töhfə vermək istəyirsinizsə, komandamıza qoşulun!
Sizdən nələri gözləyirik?
- Analitik düşüncə tərzi və detallara yüksək diqqət;
- Minimum 1 il Biznes Analitik və ya oxşar vəzifədə iş təcrübəsi;
- Biznes proseslərinin təhlili, modelləşdirilməsi və optimallaşdırılması sahəsində təcrübə;
- Müştəri tələblərinin toplanması, analiz edilməsi və funksional tələblərin hazırlanması bacarığı;
- SQL (PL/SQL biliyi üstünlükdür) və verilənlər bazası ilə işləmək bacarığı;
- Texniki tapşırıqların və funksional spesifikasiyaların hazırlanması təcrübəsi;
- Jira, Balsamiq Wireframes, MS Visio və ya oxşar alətlərlə işləmək bacarığı;
- Agile / Scrum metodologiyaları ilə işləmək təcrübəsi;
- Komandada işləmək, ünsiyyət və problem həll etmə bacarığı.
Arzuolunandır
- HR prosesləri üzrə ümumi bilik;
- Əmək qanunvericiliyi və əmək haqqının hesablanması prosesləri barədə məlumat;
- Rus və İngilis dili bilikləri.
Görəcəyiniz işlər
- Müştəri tələblərinin toplanması və biznes analizinin aparılması;
- Biznes proseslərinin təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi;
- Scrum komandası ilə biznes tələblərinin koordinasiyası;
- SQL vasitəsilə məlumatların analizi və sistem davranışının yoxlanılması;
- Mövcud funksionallıqların təhlili və funksional spesifikasiyaların hazırlanması;
- Proqram təminatının test edilməsi və keyfiyyətə nəzarət;
- Məhsulun tətbiqi və tətbiq dəstəyi.
Biz sizə nə təklif edirik?
- Rəqabətədavamlı əmək haqqı (bilik və təcrübəyə uyğun);
- 5 günlük iş həftəsi (09:00–18:00);
- Böyükmiqyaslı proqram təminatı layihələrində iştirak imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi;
- Güclü və peşəkar komanda ilə işləmək imkanı.
Mövzu hissəsində "Biznes Analitik (HRM)" qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Biznes proseslərini rəqəmsal həllərə çevirən komandanın bir hissəsi olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 1 000–1 300 ₼ ödəyir, median — 1 100 ₼.
39 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş həftədə 5 gün, saat 09:00–18:00 arasıdır.
Minimum 1 il Biznes Analitik və ya oxşar vəzifədə iş təcrübəsi tələb olunur.
Rəqabətədavamlı əmək haqqı təklif olunur, bilik və təcrübəyə uyğun olaraq.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes analitiki üzrə Bakıda digər açıq elanlar.
Korporativ internet və mobil bank tətbiqləri üçün biznes tələbləri analiz edir və SQL bilikləri tələb olunur.
Rəqəmsal bank məhsulları üzrə biznes və funksional tələbləri təhlil edir və texniki tapşırıqlar hazırlayır.
Biznes analitik kimi məlumatları təhlil edir və layihələr üçün tələblər toplayır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




