Rəqəmsal bank məhsulları üzrə biznes və funksional tələbləri təhlil edir və texniki tapşırıqlar hazırlayır.
Vakansiya haqqında
Təsvir
“Rabitəbank” ASC Prosseslərin Avtomatlaşdırılması və Rəqəmsallaşma Departamentinin Riteyl Bankçılığın Rəqəmsallaşma şöbəsində İT Biznes analitik vəzifəsinə işə qəbul elan edir.
Korporativ müştərilər üçün internet-bankinq və mobil bank tətbiqlərinin inkişafı, yeni funksionallıqların hazırlanması və mövcud proseslərin təkmilləşdirilməsi üzrə biznes və sistem analizinin aparılması.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi;
- Biznes proseslərinin araşdırılması və optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Frontend və backend komandaları üçün texniki tapşırıqların hazırlanması;
- Funksional və qeyri-funksional tələblərin formalaşdırılması;
- İnteqrasiya tələblərinin müəyyənləşdirilməsi və təsviri (API, xarici sistemlər və bankın daxili servisələri);
- Biznes nümayəndələri, məhsul sahibləri, dizaynerlər, proqramçılar və testçilərlə sıx əməkdaşlıq;
- Yeni funksionallıqların test edilməsi və qəbul prosesində iştirak;
- Layihə üzrə sənədlərin hazırlanması və aktual saxlanılması.
Tələblər
- Biznes və ya sistem analitiki kimi minimum 3 il iş təcrübəsi;
- Agile metodologiyası üzrə biliklər;
- REST API, Swagger və Postman ilə işləmə təcrübəsi;
- Biznes proseslərinin modelləşdirilməsi üzrə təcrübə (BPMN);
- Texniki sənədlərin və istifadəçi hekayələrinin hazırlanması bacarığı;
- SQL üzrə baza bilikləri;
- Bankçılıq sahəsində təcrübə üstünlükdür;
- Korporativ bankçılıq məhsulları və rəqəmsal kanallar üzrə biliklər üstünlükdür.
Üstünlüklər:
- Internet banking və mobile banking layihələrində iştirak təcrübəsi;
- İnteqrasiya layihələrində iştirak;
- Mikroservis barədə anlayış.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 1 000–1 300 ₼ ödəyir, median — 1 100 ₼.
39 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Biznes və ya sistem analitiki kimi minimum 3 il iş təcrübəsi tələb olunur.
Elan sənədlər barədə konkret məlumat vermir, müraciət üsulu saytda göstərilib. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçBəli, Agile metodologiyası üzrə bilik tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes analitiki üzrə Bakıda digər açıq elanlar.
Biznes proseslərini analiz edir, proqram təminatı üçün tələbləri toplayır və SQL biliklərinə malikdir.
Korporativ internet və mobil bank tətbiqləri üçün biznes tələbləri analiz edir və SQL bilikləri tələb olunur.
Rəqəmsal transformasiya və biznes proseslərin təhlilini aparır, ən azı 3-5 il təcrübəsi var.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




