Satış və marketinq layihələrini idarə edir, layihə idarəetməsi və komanda koordinasiyası bacarığı tələb olunur.
Vakansiya haqqında
- Təhkim edilmiş İT layihələrinin razılaşdırılmış əhatə dairəsi, müddət, keyfiyyət, büdcə və biznes nəticələri çərçivəsində həyata keçirilməsinə cavabdehlik daşınması;
- Layihələrin məqsədlərinin, uğur meyarlarının, nəticələrinin, mərhələlərinin və icra planlarının aidiyyəti tərəflərlə razılaşdırılması;
- Biznes, proqramlaşdırma, biznes analizi, arxitektura, QA, DevOps, infrastruktur, informasiya təhlükəsizliyi və təchizatçı komandalarının fəaliyyətinin koordinasiyası, komandalararası asılılıqların və prioritet toqquşmalarının idarə edilməsi;
- Risklərin, problemlərin, fərziyyələrin və qərarların izlənməsi; səlahiyyət xaricində olan məsələlərin vaxtında eskalasiya edilməsi;
- Dəyişiklik sorğularının müddətə, xərcə, resurslara və keyfiyyətə təsirinin qiymətləndirilməsi və müvafiq qərarların qəbulunun təşkili;
- Təhkim edilmiş istiqamətlər üzrə biznes bölmələri, məhsul sahibləri, daxili İT komandaları, rəhbərlik və xarici təchizatçılar üçün vahid əlaqələndirici şəxs (SPOC) kimi çıxış edilməsi: daxil olan tələb və sorğuların qəbulu, dəqiqləşdirilməsi, aidiyyəti komandalara yönləndirilməsi və nəticələnməsinin izlənməsi;
- Layihələrin vəziyyəti, dəyişikliklər, risklər və gecikmələr barədə maraqlı tərəflərə vaxtında və ardıcıl məlumat verilməsi, qərar tələb edən mövzuların müvafiq rəhbərlik səviyyəsinə təqdim edilməsi;
- Biznes ehtiyaclarının müsahibələr, işçi görüşlər və proses təhlili vasitəsilə müəyyənləşdirilməsi; mövcud (AS-IS) və hədəf (TO-BE) proseslərin təhlili;
- Təhkim edilmiş təşəbbüslər üzrə biznes analizinin aparılması (analitiklərin iştirak etdiyi layihələrdə onların işinin əlaqələndirilməsi), biznes və funksional tələblərin, istifadəçi hekayələrinin (user story), istifadə ssenarilərinin, biznes qaydalarının və qəbul meyarlarının hazırlanması və razılaşdırılması;
- Qeyri-funksional tələblərin (təhlükəsizlik, performans, əlçatanlıq) müəyyənləşdirilməsinin təmin edilməsi; biznes məqsədləri, tələblər, hazırlanmış funksionallıq və test ssenariləri arasında izlənə bilən əlaqənin qurulması;
- Biznes və məhsul sahibləri ilə birlikdə iş siyahısının (backlog) prioritetləşdirilməsi;
- SDLC mərhələlərinin (tələblərin müəyyənləşdirilməsi, layihələndirmə, hazırlanma, test, istifadəyə verilmə, dəstək) icrasının idarə edilməsi, hər mərhələ üzrə başlanma və tamamlanma meyarlarının, məsul şəxslərin və təsdiqlərin müəyyənləşdirilməsi;
- QA və biznes komandaları ilə test əhatəsinin və qəbul meyarlarının razılaşdırılması, istifadəçi qəbul testlərinin (UAT) koordinasiyası, defektlərin biznes təsirinə uyğun prioritetləşdirilməsinin və aradan qaldırılmasının izlənməsi;
- İstifadəyə verilmə planının, biznes və əməliyyat hazırlığının, zəruri təsdiqlərin və əvvəlki vəziyyətə qayıtma planının koordinasiyası; istifadəçilərin məlumatlandırılması, təlimlərin keçirilməsi, dəstək komandalarına təhvil və ilkin dəstək dövrünün təmin edilməsi;
- Komanda rəhbərləri ilə birlikdə iş yükünün və resurs ehtiyaclarının planlaşdırılması, resurs və bacarıq çatışmazlıqlarının müəyyənləşdirilməsi, komanda üzvlərinə dəstək və konstruktiv rəy verilməsi;
- Xarici təchizatçıların nəticələrinin, müqavilə öhdəliklərinin və icra müddətlərinin, eləcə də layihə büdcəsinin və faktiki/proqnozlaşdırılan xərclərin izlənməsi;
- Layihələrin vəziyyəti, risklər və proqnozlaşdırılan tamamlanma tarixləri üzrə hesabatların hazırlanması, icra göstəricilərinin (plan-fakt uyğunluğu, bloklanmış tapşırıqlar) izlənməsi;
- İstifadəyə verildikdən sonra aşkarlanan qüsurların və buraxılışların sabitliyinin təhlili, retrospektivlər əsasında iş üsullarının, hesabatlılıq və eskalasiya mexanizmlərinin təkmilləşdirilməsi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Müraciət üsulu saytın yönləndirməsi ilə həyata keçirilir, əlavə sənəd tələbi qeyd olunmayıb. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçMaaş barədə məlumat verilməyib.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarÇatdırılma meneceri üzrə Bakıda digər açıq elanlar.
Omnichannel layihəsində biznes ehtiyaclarını təhlil edir və funksional tələbləri hazırlayır
Layihənin planlaşdırılması, icrası və resursların idarə olunması üzrə təcrübəli mütəxəssis tələb olunur.
Marketinq layihələrini idarə edir, büdcə və biznes əsaslandırması hazırlayır.




