E-ticarət platformalarında məhsulların idarə olunmasını və yenilənməsini təmin edir, OpenCart bacarığı tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Kateqoriya menecerinə gündəlik iş proseslərində dəstək göstərilməsi;
- Kateqoriyanın satış və mənfəət göstəricilərinin inkişafına dəstək göstərilməsi, inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
- Kateqoriya üzrə işlərin marketinq komandası ilə koordinasiya olunması;
- Məhsul çeşidi və assortimentin izlənilməsi, düzgün assortimentin formalaşdırılmasına dəstək göstərilməsi;
- Məhsul qiymətlərinin monitorinqinin aparılması, kateqoriyaların genişləndirilməsi və yeni məhsulların assortimentə daxil edilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Məhsul çeşidinin və assortimentin izlənilməsi, həmçinin düzgün assortimentin formalaşdırılmasına dəstək göstərilməsi;
- Məhsul qiymətlərinin monitorinqinin aparılması;
- Kateqoriyaların genişləndirilməsi və yeni məhsulların assortimentə daxil edilməsi üzrə təkliflərin hazırlanması;
- Bazarda mövcud məhsulların çeşidi, keyfiyyəti və qiymətləri üzrə araşdırmaların aparılması;
- Rəqiblərin məhsul çeşidi, qiymətləri və fəaliyyətinin mütəmadi monitorinqi;
- İstehlakçı tələblərinin və bazar tendensiyalarının araşdırılması;
- Stok və məhsul ehtiyatlarının izlənilməsi, onların effektiv idarə olunmasına dəstək göstərilməsi;
- Məhsul sifarişlərinin hazırlanması və yerləşdirilməsində iştirak edilməsi;
- Təchizatçılarla əlaqələrin qurulması və gündəlik işlərin koordinasiyasının aparılması;
- Satış göstəricilərinin izlənilməsi və təhlili;
- Müvafiq hesabatların hazırlanması;
- Qısamüddətli və uzunmüddətli satış proqnozlarının hazırlanmasında iştirak edilməsi;
- Kateqoriya üzrə büdcə göstəricilərinin izlənilməsi.
Tələblər
- Ali təhsil;
- Səlis azərbaycan və rus dili biliyi, ingilis dilini danışıq səviyyəsində bilmək üstünlükdür;
- Satınalma, satış və ya kateqoriya idarəetməsi sahəsində minimum 1 il iş təcrübəsi;
- Böyük həcmli məlumatların təhlili və proqnozların hazırlanması üzrə təcrübə;
- Assortiment, qiymətlər və hesabatlarla işləmək bacarığı;
- Güclü analitik təfəkkür və böyük həcmli məlumatlarla işləmək bacarığı;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel, Outlook);
- Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük;
- Yüksək ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Minimum 1 il iş təcrübəsi tələb olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKateqoriya meneceri üzrə Bakıda digər açıq elanlar.
Məhsul çeşidinin idarə olunmasında və satış göstəricilərinin təhlilində dəstək göstərir, analitik bacarıq tələb olunur.
Qeyri-qida məhsulları üzrə kateqoriya strategiyasını idarə edir və təchizatçı əlaqələrini qurur.
Pərakəndə bank məhsullarının yaradılması, təhlili və optimizasiyası üzrə iş aparır, analitik bacarıq tələb olunur.



