Böyük mühəndis (dayanıqlılıq və beynəlxalq əməkdaşlıq)

Azəriqaz İB

Vakansiya haqqında

SOCAR-da karyeranıza doğru ilk addım

Vakansiyanın təsviri

Vəzifə haqqında məlumatlar

  • Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, İdarəetmə aparatı
  • Struktur vahidi: Dayanıqlılıq və beynəlxalq əməkdaşlıq şöbəsi
  • Vəzifənin adı: Böyük mühəndis
  • Dərəcə (ƏÖD): 15
  • Vəzifə maaşı: 2183,00 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
  • Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
  • İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
  • İş yerinin ünvanı: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 35 ("Azəriqaz" İB-nin inzibati binası)
Vəzifə funksiyaları
  • Rəqəmsallaşma, avtomatlaşdırma, ağıllı sayğac sistemləri və intellektual monitorinq həlləri daxil olmaqla, ağıllı qaz şəbəkələrinin inkişafı üzrə layihələri idarə etmək.
  • Layihələrin planlaşdırılması, büdcələşdirilməsi, icrası, risklərin idarə edilməsi və fəaliyyət nəticələrinin hesabatlılığını əlaqələndirmək.
  • Layihələrin səmərəli icrasını təmin etmək məqsədilə aidiyyəti struktur bölmələr, texnologiya təchizatçıları, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək.
  • Sızmaların aşkarlanması və aradan qaldırılması (LDAR) proqramları daxil olmaqla, karbon və metan emissiyalarının azaldılması üzrə təşəbbüsləri hazırlamaq və əlaqələndirmək.
  • ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) və DİM (Dayanıqlı İnkişaf Məqsədləri) göstəricilərini qiymətləndirmək və monitorinqini aparmaq, dayanıqlılıq hədəfləri üzrə nəticələri izləmək, toplanmış və təhlil edilmiş məlumatlar əsasında müvafiq hesabatlar hazırlamaq.
  • Karbon kreditləri, karbon bazarları və digər müvafiq mexanizmlər vasitəsilə emissiyaların azaldılmasından maliyyə gəlirlərinin əldə edilməsi imkanlarını qiymətləndirmək.
  • Dayanıqlılıq üzrə innovativ həlləri, maliyyələşmə imkanlarını və beynəlxalq əməkdaşlıq təşəbbüslərini müəyyənləşdirmək və qiymətləndirmək.
Bilməlidir:
  • Sahəsinə uyğun Azərbaycan Respublikasının Qanunvericiliyini
  • SOCAR-ın və Birliyin əmr, qərar və sərancamlarını, şöbənin Əsasnaməsini və hazırki Vəzifə Təlimatını,bacarıqların idarə edilməsi metodologiyalarını
  • Mürəkkəb anlayışları təşkilatın bütün səviyyələrində ötürməyə qadir olan effektiv ünsiyyət bacarıqlarını.
  • Çarpaz funksional komandalarla işləməyi.
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni
  • Layihələrin idarə edilməsi və maraqlı tərəflərlə əməkdaşlığın koordinasiyası bacarığı;
  • Güclü analitik təhlil, ünsiyyət və problem həll etmə bacarıqları;
  • Eyni zamanda bir neçə layihəni idarə etmək və qarşıya qoyulmuş nəticələrə nail olmaq qabiliyyəti;
  • Komanda ilə işləmək və müxtəlif tərəflərlə effektiv əməkdaşlıq qurmaq bacarığı.
Təhsil və iş təcrübəsinə dair tələblər:
  • Təhsil istiqaməti:Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə edilməsi, layihələrin idarə edilməsi, menecment, iqtisadiyyat, sənaye menecmenti və ya əlaqəli sahələr üzrə bakalavr təhsili mütləqdir. (Müvafiq sahə üzrə magistr təhsili üstünlük hesab olunur).
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi (əsasən layihələrin idarə edilməsi sahəsi üzrə);
  • İngilis dili biliyi — yaxşı səviyyədə;
  • Rus dili – arzuolunandır;
  • MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook) — yaxşı səviyyədə;
  • PMP (Project Management Professional) sertifikatına və ya akkreditə olunmuş qurumlar tərəfindən verilən digər müvafiq sertifikatlara malik olmaq üstünlükdür.
  • Energetika və ya neft-qaz sektorunda təcrübə arzuolunandır;
  • Rəqəmsallaşma, ağıllı qaz şəbəkələri və ya dayanıqlılıq layihələri üzrə təcrübəyə malik olmaq üstünlükdür.
Digər məlumatlar:
  • Tibbi sığorta: Təmin edilir.
  • Nəqliyyat: İş yerinə çatdırılma təmin edilmir.
  • Son müraciət tarixi: 12.11.2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Xətai rayonu, Yusif Səfərov 35
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 183 ₼
Yerləşdirilib
5 noyabr 2026
Dillər
English, Russian
Son tarix
15 noyabr 2026
HRX ilə müraciət
4
Baxış
432

Maaş bazarla müqayisədə

Layihə meneceri üzrə bazar adətən 1 000–2 000 ₼ ödəyir, median — 1 500 ₼.

bu vakansiya · 2 183 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

37 açıq vakansiya, 54 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Layihə meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 35 ünvanındadır.

Tam iş vaxtı, həftədə 5 iş günü, 40 saatdır.

Vəzifə maaşı 2183 ₼ (vergi və digər ödənişlər daxil olmaqla) təşkil edir.

Elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət prosesdə iştirak etmək tələb olunur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi tələb olunur.

MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) yaxşı səviyyədə bilik tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Layihə meneceri üzrə Bakıda digər açıq elanlar.

MALA.AZ
Mütəxəssis · 3–5 ilBakı
3 000–3 500₼

Layihələri idarə etmək, büdcə və hesabatları hazırlamaq üçün 3 ildən çox təcrübə tələb olunur

Project ManagementFinancial ReportingReportingBudget Management+4
Müraciət et
Soulmind MMC
Mütəxəssis · 1–3 ilBakı
1 500₼

Layihələrin planlaşdırılması və icrasına rəhbərlik edir, layihə idarəetmə bacarıqları tələb olunur

Risk ManagementStakeholder ManagementReportingProject Planning+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
2 183 ₼
Böyük mühəndis (dayanıqlılıq və beynəlxalq əməkdaşlıq)
Müraciət et