Dövlət aqrar proqramları və əməliyyatların idarəedilməsi üzrə baş mütəxəssis

Azərşəkər

Vakansiya haqqında

  • Dövlət qurumları ilə qarşılıqlı əlaqə strategiyasını təşkil etmək, Kənd Təsərrüfatı Nazirliyi, AXA, AKİA, DAİM, EKTİS(Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi), AQTA, Toxum Fondu, Meliorasiya və Su Agentliyi, Rayon İcra Hakimiyyətləri və digər aidiyyəti qurumlarla işgüzar münasibətləri koordinasiya etmək;
  • Şirkətin aqrar fəaliyyətinin qüvvədə olan qanunvericiliyə və normativ tələblərə uyğunluğunu təmin etmək, qanunvericilik dəyişikliklərini izləmək və onların fəaliyyətə təsirini qiymətləndirmək;
  • EKTİS, dövlət reyestrləri və digər informasiya sistemlərində əkin, məhsul, torpaq, subsidiya və digər məlumatların düzgün, tam və vaxtında daxil edilməsini və idarə olunmasını təmin etmək;
  • Dövlət subsidiyaları, güzəştlər, aqrar sığorta və digər dövlət dəstəyi proqramları üzrə müraciətlərin hazırlanmasını və icrasını koordinasiya etmək, dövlət proqramlarında iştirak imkanlarını qiymətləndirərək təkliflər vermək;
  • Dövlət qurumlarına təqdim olunan məktub, hesabat, arayış və digər rəsmi sənədlərin hazırlanmasını, daxil olan sorğu və tapşırıqların operativ icrasını təşkil etmək;
  • Dövlət yoxlamaları, audit və monitorinqlər zamanı şirkətin maraqlarını təmsil etmək və aidiyyəti struktur bölmələri arasında koordinasiyanı təmin etmək;
  • Aqrar Əməliyyatlar Bloku üzrə əkin sahələri, torpaq fondu, məhsuldarlıq, istehsal və digər əməliyyat məlumatlarının konsolidasiyasını, təhlilini və vahid standartlar əsasında idarə olunmasını təşkil etmək;
  • Struktur bölmələrindən daxil olan məlumatlardakı uyğunsuzluqları müəyyən etmək, aradan qaldırılmasını koordinasiya etmək və istehsalın planlaşdırılması üçün analitik hesabatlar hazırlamaq;
  • Aqrar Əməliyyatlar Blokunun fəaliyyət və istehsal planlarının hazırlanmasında iştirak etmək, dövlət qurumlarından əldə olunan məlumatların istehsal planları ilə uyğunlaşdırılmasını təmin etmək;
  • Input Supply (toxum, gübrə, bitki mühafizə vasitələri, texnika və digər resurslar) üzrə ehtiyacların planlaşdırılması, konsolidasiyası və funksiyalararası koordinasiyada iştirak etmək;
  • Blok üzrə layihə və təşəbbüslərin planlaşdırılmasını və icrasını koordinasiya etmək, icra statusunu və intizamını monitorinq etmək, rəhbərliyə konsolidasiya edilmiş hesabatlar təqdim etmək;
  • Biznes proseslərinin optimallaşdırılması, rəqəmsallaşdırılması və əməliyyat səmərəliliyinin artırılması üzrə təşəbbüslər hazırlamaq və həyata keçirilməsini təmin etmək;
  • Struktur bölmələrarası və rəhbərlik tərəfindən həvalə olunan xüsusi layihələrdə layihə rəhbəri və ya koordinator kimi iştirak etmək, nəticələrin əldə olunmasına görə məsuliyyət daşımaq;
  • Səlahiyyətləri çərçivəsində müstəqil qərarlar qəbul etmək, yeni inkişaf təşəbbüsləri irəli sürmək və şirkətin strateji məqsədlərinə uyğun əlavə tapşırıqların icrasını təmin etmək;
  • Şöbənin fəaliyyətini və əməkdaşların işini planlaşdırmaq, koordinasiya etmək, nəticələri qiymətləndirmək və şöbə üzrə dövri fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək.

Xüsusi tələblər

  • Ali təhsil (Aqronomluq, İqtisadiyyat, Hüquq, Dövlət idarəçiliyi, Biznesin idarə edilməsi və ya digər uyğun istiqamət üzrə);
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi, dövlət qurumları ilə iş üzrə praktiki təcrübə; aqrar sektorda iş təcrübəsi üstünlük hesab edilir;
  • Aqrar qanunvericilik, dövlət dəstəyi və subsidiya mexanizmləri üzrə biliklər;
  • EKTİS və digər dövlət informasiya sistemləri, dövlət reyestrləri ilə işləmə bacarığı;
  • Rəsmi yazışmaların aparılması, sənəd dövriyyəsi, layihə və proseslərin idarə olunması üzrə bilik və bacarıqlar;
  • İşlərin prioritetləşdirilməsi, müstəqil araşdırma və təhlil aparmaq bacarığı;
  • Komandada effektiv işləmək, məsuliyyətli, dəqiq və proaktiv olmaq, məxfilik prinsiplərinə riayət etmək;
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək; rus dili biliyi üstünlük hesab edilir;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı.

Əlavə məlumat:

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Aqrar Əməliyyat Bloku
  • Birbaşa rəhbər: Baş İcraçı Direktor
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
Müraciət üçün (CV):
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 avqust 2026
Dillər
Azerbaijani, English, Russian

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Airswift
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Dənizdə sahə mühəndisliyi xidmətləri göstərir və ən azı 3 il təcrübə tələb olunur.

Civil EngineeringMechanical EngineeringOffshore EngineeringEngineering Design+14
Müraciət et
Jseven Company MMC
Middle · 2+ il
Maaş göstərilməyib

Verilişlərin planlaşdırılması və idarə olunması üzrə işləyir, media sahəsində 2 il təcrübə tələb olunur

Project ManagementContent PlanningData AnalysisCommunication+1
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Dövlət aqrar proqramları və əməliyyatların idarəedilməsi üzrə baş mütəxəssis
Müraciət et