Biznes tələblərini funksional tələblərə çevirmək üçün layihə komandası ilə işləmək.
Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
- Müştərinin iş yerində Podratçının əsas əlaqələndirici nümayəndəsi kimi çıxış etmək;
- Layihə müddətində Müştərinin iş yerində həyata keçirilən gündəlik layihə fəaliyyətlərini koordinasiya etmək;
- Müştərinin biznes bölmələri, İT, analitika komandaları və digər maraqlı tərəflərlə Podratçı arasındakı əməkdaşlığı koordinasiya etmək;
- Xidmətlərin göstərilməsi üçün Müştəridən tələb olunan məlumatların toplanmasını və vaxtında təqdim edilməsini koordinasiya etmək;
- Podratçı tərəfindən hazırlanmış təqdimat, hesabat və digər nəticələrin nəzərdən keçirilməsini, rəylərin ümumiləşdirilməsini və təsdiq prosesinin koordinasiyasını təmin etmək;
- Layihənin təşkilati fəaliyyətlərinin icrasını izləmək və rəhbərliyin qərar verməsini tələb edən məsələləri vaxtında eskalasiya etmək;
- Razılaşdırılmış fəaliyyət planı üzrə tapşırıqların icrasını izləmək və Müştərinin məsul nümayəndələrinin layihə fəaliyyətlərinə vaxtında cəlb olunmasını təmin etmək;
- İşgüzar görüşlərin, seminarların, müsahibələrin və layihə nəticələrinin nəzərdən keçirilməsi sessiyalarının təşkilini və koordinasiyasını həyata keçirmək.
Tələblər
- Enterprise səviyyəli İT layihələrinin idarə olunması üzrə minimum 5 il iş təcrübəsi;
- Bank və ya maliyyə sektorunda layihələrin həyata keçirilməsi üzrə təcrübə;
- Güclü kommunikasiya, koordinasiya və maraqlı tərəflərin idarə edilməsi bacarıqları;
- Biznes, İT və analitika komandaları arasında işin koordinasiyası üzrə təcrübə;
- Güclü təşkilati və planlaşdırma bacarıqları, eyni zamanda çoxsaylı maraqlı tərəflərlə paralel işləmək bacarığı;
- Azərbaycan və ingilis dillərini səlis bilmək;
- Çoxdilli iş mühitində təcrübə əlavə üstünlük hesab olunur.
İş şərtləri
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
- İş yeri: Səməd Vurğun 79B, Ultra Technologies
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 sentyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
8 oktyabr 2026
Şirkət haqqında
Ultra Technologies
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Bakı
Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir. Azərbaycanın aparıcı İT şirkətlərindən biri olaraq, Hewlett Packard Enterprise, Cisco, Dell, Oracle, HP və s. digər İT korporasiyaların rəsmi statuslu tərəfdaşıdır.
Ultra Technologies — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib2 gün qalıb
Maaş göstərilməyib
Məhkəmə və icra şöbəsinin fəaliyyətini idarə edir, hüquq sahəsində ən azı 3 il təcrübəsi var.
Maaş göstərilməyib
Layihələri 0-dan planlayır, tərəfdaşlarla əlaqə qurur və layihəni idarə edir, minimum 4 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib2 gün qalıb
Biznes və korporativ sistemlər layihələrini idarə etmək, layihə planını tərtib etmək.
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 


