Tikinti layihələrini idarə edir, layihə sənədləri və büdcə üzrə təcrübəsi olmalıdır.
Vakansiya haqqında
İş yeri: Qarabağ (Qubadlı)
Vəzifə öhdəlikləri
- Tikinti layihələrinin təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə, büdcəyə və müəyyən edilmiş keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək;
- Layihənin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərlik etmək;
- Layihə üzrə işlərin gedişatına nəzarət etmək, görülən işlərin müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
- Layihə çərçivəsində çalışan mühəndislərin, texniki heyətin və digər əməkdaşların fəaliyyətini əlaqələndirmək;
- Layihə-smeta sənədlərini, iş həcmlərini, texniki çertyojları və digər layihə sənədlərini təhlil etmək;
- Tikinti materiallarının, texnikanın və əmək resurslarının səmərəli istifadəsinə nəzarət etmək;
- Layihənin büdcəsinə və xərclərinə nəzarət etmək, əlavə xərclərin qarşısının alınması üçün tədbirlər görmək;
- Sifarişçi, podratçı, subpodratçı və digər aidiyyəti tərəflərlə işgüzar əlaqələri qurmaq və koordinasiyanı təmin etmək;
- Tikinti işlərinin Azərbaycan Respublikasının qüvvədə olan normativ sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili intizam qaydalarına riayət olunmasını təmin etmək;
- Layihə üzrə yaranan texniki və təşkilati problemləri müəyyən etmək, onların operativ həlli istiqamətində tədbirlər görmək;
- Layihənin icrası ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Layihə üzrə təqvim qrafiklərinin hazırlanmasını, icrasını və zərurət yarandıqda yenilənməsini təmin etmək;
- Görülmüş işlərin həcminə və keyfiyyətinə nəzarət etmək, müvafiq icra sənədlərinin hazırlanmasını təşkil etmək;
- Layihənin müəyyən edilmiş müddətdə və nəzərdə tutulan nəticələrə uyğun tamamlanmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar
- İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi, layihələrin idarə olunması üzrə təcrübəyə üstünlük verilir;
- Tikinti layihələrinin planlaşdırılması, təşkili və idarə olunması üzrə biliklər;
- Layihə-smeta sənədləri, iş həcmləri, Forma 2, Forma 3 və digər icra sənədləri ilə işləmək bacarığı;
- Tikinti norma və qaydaları, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliklər;
- Microsoft Office proqramları üzrə biliklər;
- AutoCAD və digər layihələndirmə proqramları ilə işləmək bacarığı üstünlükdür;
- Layihənin büdcəsinin, resurslarının və iş qrafikinin idarə edilməsi bacarığı;
- Analitik düşünmə və operativ qərarvermə bacarığı;
- Yüksək təşkilatçılıq və liderlik qabiliyyəti;
- Komandanı idarə etmək, iş bölgüsü aparmaq və əməkdaşların fəaliyyətini koordinasiya etmək bacarığı;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
- Ezamiyyət və regionda işləmək imkanına malik olmaq.
İş şəraiti
- İş yeri: Qarabağ (Qubadlı)
- İş qrafiki: 6 günlük iş rejimi
- Qalmaq: Şirkət tərəfindən təmin olunur
- Yemək: Şirkət tərəfindən təmin olunur
- Əmək müqaviləsi: Rəsmi qaydada rəsmiləşdirilir
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Layihə meneceri üzrə bazar adətən 1 000–1 600 ₼ ödəyir, median — 1 500 ₼.
38 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Layihə meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Qarabağ (Qubadlı) şəhəridir.
İş qrafiki həftədə 6 gün işləmə rejimidir.
Əmək müqaviləsi rəsmi qaydada rəsmiləşdirilir.
Şirkət tərəfindən qalmaq və yemək təmin olunur.
Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi tələb olunur.
Namizəd CV-ni elektron poçt ünvanına göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLayihə meneceri üzrə Qarabağ şəhərində digər açıq elanlar.
Layihələrin planlaşdırılması və icrasına rəhbərlik edir, minimum 3 il təcrübə tələb olunur.
Layihədə işçi heyətini idarə edir, qida keyfiyyəti və müştəri məmnuniyyətinə nəzarət edir.
Satış və marketinq layihələrini idarə edir, layihə idarəetməsi və komanda koordinasiyası bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?




