Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Məhsul kataloqunun idarə edilməsi və mütəmadi yenilənməsi;
- Məhsul adları, kodları, qiymətləri, təsvirləri və digər məlumatların yoxlanılması;
- Məhsul şəkillərinin və məlumatlarının düzgün yerləşdirilməsinə nəzarət;
- Kataloqda mövcud olan məlumatların dəqiqliyinin təmin edilməsi;
- Məhsul məlumatlarının sistemləşdirilməsi və məlumat bazasının yenilənməsi;
- Kontent üzrə əməkdaşlarla koordinasiyalı işləmək.
Namizədə tələblər:
- MS Excel və kompüter bilikləri (excell və s.);
- Shopify platforması üzrə ilkin biliklər;
- Diqqətli, məsuliyyətli və sistemli işləmək bacarığı;
- Məlumatlarla işləməyə maraq;
- Öyrənməyə açıq olmaq və komandada işləmək bacarığı;
- Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
Üstünlükdür:
- PrestaShop və Shopify ilə iş təcrübəsi;
- Beauty, fashion, retail və ya uşaq məhsulları sahəsində təcrübə;
Biz nə təklif edirik?
- E-commerce-in kommersiya effektivliyinə birbaşa məsuliyyət daşıyan vəzifə;
- Yves Rocher, Mayoral və Jacadi beynəlxalq brendləri ilə işləmək;
- Qərarların qəbul edilməsində yüksək səviyyədə müstəqillik;
- Öz ideyalarınızı həyata keçirmək və onların kommersiya nəticəsini görmək imkanı;
- AI və avtomatlaşdırmadan istifadə etməklə e-commerce sisteminin inkişafında iştirak;
- Adaptasiya dövründə peşəkar dəstək;
- E-commerce, CRO və Digital Commerce istiqamətində gələcək inkişaf imkanı.
İş şərtləri:
- Əmək haqqı: 600–900 Azn (namizədin bilik və bacarıqlarına uyğun olaraq);
- Rəsmiləşdirmə: Əmək Məcəlləsinə uyğun olaraq;
- İş formatı: Ofis, 5/2;
- İş qrafiki: 08:00–17:00.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Kataloq və Məhsul Məlumatlarının İdarə Edilməsi üzrə Mütəxəssis” vəzifəsinin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı şəhərində, ofis şəraitindədir.
İş həftədə 5 gün, 08:00–17:00 saatları arasında təşkil olunur.
Əmək haqqı 600–900 manat arasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin edilir.
CV göndərilməlidir, mövzu hissəsində vəzifənin adı qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçAdaptasiya dövründə peşəkar dəstək təmin edilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMəhsul analitiki üzrə Bakıda digər açıq elanlar.
Kart məhsullarının analizini aparır və müştəri aktivliyini artırmaq üçün kampaniyalar təşkil edir
Təqaüd proqramı iştirakçılarının inzibati proseslərini koordinasiya etmək və Excel bilmək.
Maliyyə və kommersiya göstəricilərinin təhlilini aparır, ACCA sertifikatına malik olmalıdır



