Beynəlxalq ikili diplom proqramlarını əlaqələndirir və layihə idarəetməsi üzrə təcrübə tələb edir
Vakansiya haqqında
Əsas vəzifələr
- Təqaüd proqramı iştirakçılarının qəbul, qeydiyyat, təhsil müddəti və məzuniyyətədək bütün inzibati proseslərini koordinasiya etmək.
- Müraciət sənədlərini yoxlamaq, seçim prosesini təşkil etmək, təqaüd müqavilələrini hazırlamaq və Nazirliyə təqdim etmək.
- Proqram iştirakçıları ilə davamlı əlaqə saxlamaq, müqavilə dəyişiklikləri, universitet transferləri və digər inzibati məsələlər üzrə dəstək göstərmək.
- Təqaüdçülərin qeydiyyat statusunu, akademik fəaliyyətini və proqram tələblərinə uyğunluğunu izləmək, universitetlərlə mütəmadi koordinasiya aparmaq.
- Təhsil haqqı, yaşayış xərcləri, sığorta ödənişləri və digər maliyyə dəstəyi üzrə sənədləri yoxlamaq, ödəniş proseslərini maliyyə şöbəsi ilə koordinasiya etmək.
- Təqaüd kartları ilə bağlı məsələlərin (təqdim edilməsi, dəyişdirilməsi və s.) həllini təşkil etmək.
- Nazirlik, yerli və xarici universitetlər, eləcə də digər aidiyyəti tərəflərlə yazışmaları və koordinasiyanı həyata keçirmək.
- Proqram iştirakçıları, maliyyə ödənişləri və müqavilələrin vəziyyəti üzrə məlumat bazasını idarə etmək, dövri hesabatlar hazırlamaq və proqram göstəricilərini təhlil etmək.
- Proqram iştirakçısı məmnuniyyətinin qiymətləndirilməsi üçün sorğular keçirmək və proqramın təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
- Təqaüd proqramının tanıtım tədbirlərində iştirak etmək, təqdimatlar keçirmək, rəsmi məktublar hazırlamaq və sənədlərin elektron sənəd dövriyyəsi sistemi vasitəsilə rəsmiləşdirilməsini təmin etmək.
Tələblər
- Təhsil, idarəetmə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
- MS Excel proqramını yüksək səviyyədə bilmək (formulalar, Pivot Table, məlumatların təhlili və hesabatların hazırlanması).
- Proqramların koordinasiyası, ali təhsil və ya dövlət sahəsində minimum 2–3 il iş təcrübəsi (təqaüd proqramları və ya beynəlxalq təhsil layihələri üzrə təcrübə üstünlükdür).
- Güclü təşkilatçılıq, ünsiyyət, problem həll etmə və detallara diqqət bacarıqları.
- Maliyyə prosesləri, universitet idarəçiliyi və maraqlı tərəflərlə əməkdaşlıq sahəsində biliklər üstünlük hesab edilir.
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək (əlavə xarici dil bilikləri üstünlükdür).
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 2-3 il iş təcrübəsi tələb olunur.
Müraciət sənədləri e-mail vasitəsilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarProqram rəhbəri üzrə Bakıda digər açıq elanlar.
Məhsul kataloqunu idarə edir, məlumatları yoxlayır və MS Excel bilikləri tələb olunur.
Maliyyə və kommersiya göstəricilərinin təhlilini aparır, ACCA sertifikatına malik olmalıdır
Netapp həllərinin tətbiqi və satışını idarə etmək üçün texniki təhsilli, 3+ il təcrübəli məhsul meneceri.

