Təkər bazarını təhlil edir, məhsul çeşidini formalaşdırır və satış təhlili aparır
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
- Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
- Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
- Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
- Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
- Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarını təhlil edilməsi;
- Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
- Brend üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
- Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.
Tələb olunan bilik və bacarıqlar:
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Güclü analitik düşüncəyə malik olması;
- Təqdimat proqramlarında işləmək bacarığı (PPT hazırlanması və s.);
- Excel, Power BI və SAP proqramları üzrə biliklər;
- Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
- Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
- İngilis və Rus dil biliyi arzuolunandır.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Məhsul meneceri üzrə bazar adətən 800–2 000 ₼ ödəyir, median — 1 200 ₼.
17 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Məhsul meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Aşıq Molla Cümə küç. 46C ünvanındadır.
İş qrafiki tam iş günü, həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Məhsul Marketinq sahəsində 2-4 il iş təcrübəsi tələb olunur.
Marketinq ixtisası üzrə ali təhsil (bakalavr dərəcəsi) tələb olunur.
PPT, Excel, Power BI və SAP proqramlarında işləmək bacarığı tələb olunur.
İngilis və Rus dilləri arzuolunandır.
CV-lər mövzu hissəsində “Məhsul meneceri” yazılmaqla elektron poçt vasitəsilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMəhsul meneceri üzrə Bakıda digər açıq elanlar.
Məhsul satışlarını artırmaq üçün aksiyaların planlanması və güclü analitik bacarıq tələb olunur
Məhsulların inkişafı üzrə layihələri idarə edir və istifadəçi ehtiyaclarını təhlil edir.
Məhsul yol xəritəsini idarə edir və istifadəçi ehtiyaclarını analiz edir, 3+ il təcrübə tələb olunur.




