Vakansiya haqqında

Vəzifənin məqsədi

AdTech Product Owner vəzifəsinin əsas məqsədi Bir Ecosystem üzrə reklam texnologiyaları həllərinin hazırlanması və optimallaşdırılmasını təmin etmək, reklamların effektiv yerləşdirilməsi, reklam kampaniyalarının idarə olunması, hədəf auditoriyanın müəyyənləşdirilməsi və reklam gəlirlərinin artırılması üçün müvafiq həllərin inkişafına rəhbərlik etməkdir.

Bu vəzifə miqyaslana bilən reklam imkanlarının yaradılmasına, kampaniyaların effektivliyinin artırılmasına və məlumatlara əsaslanan məhsul inkişafı vasitəsilə reklam gəlirlərinin maksimumlaşdırılmasına yönəlir. Eyni zamanda, ekosistemə daxil olan platformalar arasında fasiləsiz və səmərəli inteqrasiyanın təmin edilməsini nəzərdə tutur.

Namizədə dair tələblər

İş təcrübəsi

Product Owner və ya Product Manager vəzifəsində ən azı 5 illik iş təcrübəsi.

AdTech, rəqəmsal reklamçılıq, elektron ticarət və ya monetizasiya məhsulları sahəsində təcrübə üstünlükdür.

Sahə üzrə peşəkar biliklər

  • Rəqəmsal reklamçılıq, reklamların yayımlanması və idarə olunması (ad serving), kampaniyaların idarə edilməsi, hədəf auditoriyanın müəyyənləşdirilməsi və monetizasiya modelləri üzrə güclü biliklərə malik olmaq.

Texniki bacarıqlar

  • Reklam platformaları, API-lər, sistem inteqrasiyaları, reklamların izlənməsi texnologiyaları və analitika alətləri ilə bağlı biliklərə malik olmaq.

Məhsulun idarə edilməsi

  • Agile/Scrum metodologiyaları, backlog-un idarə edilməsi, məhsulun inkişaf yol xəritəsinin hazırlanması və prioritetləşdirmə prinsiplərini dərindən bilmək.

Analitik bacarıqlar

  • CPM (min reklam nümayişi üzrə xərc), CPC (klik başına xərc), CTR (kliklənmə faizi), konversiya faizi və reklam gəlirləri daxil olmaqla reklam göstəriciləri ilə işləmək bacarığına malik olmaq.

Maraqlı tərəflərlə əməkdaşlıq

  • Kommersiya, Marketinq, Məhsul, Data və Texnologiya komandaları ilə effektiv əməkdaşlıq etmək üçün güclü kommunikasiya və koordinasiya bacarıqlarına malik olmaq.

Dil bilikləri

İngilis dilini bilmək tələb olunur.

Azərbaycan və/və ya rus dili biliyi üstünlükdür.

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit

Əsas vəzifə öhdəlikləri

AdTech məhsulunun inkişaf yol xəritəsini (product roadmap) və tapşırıqlar siyahısını (backlog) idarə etmək, təşəbbüsləri biznes dəyəri, gəlir potensialı və müştərilərə təsiri əsasında prioritetləşdirmək.

Reklam platformalarını, reklam yerləşdirmə həllərini və reklam kampaniyalarının idarə olunması imkanlarını hazırlamaq və optimallaşdırmaq.

Ekosistemin məhsulları və rəqəmsal kanalları üzrə reklamdan gəlir əldə etmək imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək.

Təkmilləşdirilmiş hədəf auditoriyası seçimi, auditoriya seqmentasiyası və fərdiləşdirilmiş reklam həllərinin tətbiqini təmin etmək.

Biznes tələblərini məhsul funksionallıqlarına çevirmək üçün Kommersiya, Marketinq, Data və İT komandaları ilə əməkdaşlıq etmək.

Məhsulun Agile metodologiyası əsasında hazırlanması və tətbiqinə rəhbərlik etmək. Buraya backlog-un dəqiqləşdirilməsi, sprint planlaşdırılması və hazırlanmış funksionallıqların qəbul edilməsi daxildir.

Reklam platformaları, analitika alətləri və ekosistemin digər məhsulları arasında fasiləsiz inteqrasiyanı təmin etmək.

Reklam gəlirləri, reklam nümayişlərinin sayı (impressions), kliklənmə faizi (CTR), konversiya faizi, reklam inventarının doluluq səviyyəsi (fill rate) və kampaniyaların investisiya gəlirliliyi (ROI) daxil olmaqla əsas reklam göstəricilərini izləmək.

Reklamların effektivliyini, mövcud reklam inventarından istifadə səviyyəsini və reklam fəaliyyətinin səmərəliliyini artırmaq üçün imkanları müəyyənləşdirmək və müvafiq tədbirlər görmək.

Məlumatların məxfiliyinin qorunması üzrə qanunvericiliyə, reklam siyasətlərinə və daxili idarəetmə standartlarına riayət olunmasını təmin etmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Port Baku Towers 2, 153 Neftchilar Ave, Nasimi district
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 noyabr 2026
Dillər
English
Son tarix
2 dekabr 2026
Baxış
116

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Məhsul sahibi üzrə bazar adətən 1 680–4 000 ₼ ödəyir, median — 2 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

14 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Məhsul sahibi kimi öz maaşını yoxla

Şirkət haqqında

Kapital Bank
Banking · 5,001–10,000 employees · Bakı
Kapital Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Product Owner və ya Product Manager vəzifəsində ən azı 5 il iş təcrübəsi tələb olunur.

Rəqabətli əmək haqqı, bonuslar, yüksək təminatlı sığorta, Visa Premium əmək haqqı kartı, korporativ endirimlər, əlavə məzuniyyət və digər faydalar təklif olunur.

İngilis dili bilmək tələb olunur, Azərbaycan və ya rus dili üstünlükdür.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Məhsul sahibi üzrə Bakıda digər açıq elanlar.

Sabah Hub
Middle · 1–3 ilBakı
Maaş göstərilməyib

Fintech məhsullarının inkişafını dəstəkləyir, güclü analitik və məhsul idarəetmə bacarıqları tələb olunur

Market ResearchBusiness AnalysisFinancial ModelingKPI Tracking+4
Müraciət et
PASHA Sığorta
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Məhsul Sahibi kimi korporativ həllərin strategiyasına rəhbərlik edir və Agile bacarıqları tələb olunur.

Product DiscoveryBacklog ManagementPrioritizationAuthentication+7
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Məhsul sahibi – reklam texnologiyaları (AdTech)
Müraciət et