Vakansiya haqqında

İş şəraiti:

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam ştat, ofisdə (həftədə 5 gün, 09:00–18:00)

PROSYS MMC dövlət və özəl təşkilatlarda istifadə olunan HRMpro insan resurslarının idarə edilməsi sistemi üzrə Product Owner / Project Manager vəzifəsinə əməkdaş axtarır. Bu vəzifə iki istiqaməti birləşdirir. Birincisi, məhsulun özüdür: HRMpro-nun inkişaf istiqamətini müəyyənləşdirmək, tələbləri prioritetləşdirmək və nəticəni qəbul etmək. İkincisi, müştəri layihələridir: HRMpro-nun müştərilərdə tətbiqini və inkişaf layihələrini vaxtında, razılaşdırılmış həcmdə və keyfiyyətdə başa çatdırmaq. Namizəd kadr, əmək haqqı və iş vaxtı proseslərini, əmək qanunvericiliyini dərindən bilməli, biznes analitiklər, proqramçılar, test komandası və müştəri ilə birlikdə işi sonadək aparmağı bacarmalıdır.

Əsas vəzifələr

Məhsulun idarə edilməsi (Product Owner)

  • HRMpro üzrə məhsul vizyonunu və yol xəritəsini (roadmap) hazırlamaq, rəhbərliklə razılaşdırmaq və mütəmadi yeniləmək;
  • Product Backlog-u idarə etmək: tələbləri dəyər, səy və risk baxımından prioritetləşdirmək, sprint planlamasında iştirak etmək;
  • Müştərilərdən, daxili komandalardan və tətbiq layihələrindən gələn tələbləri toplamaq, təhlil etmək və mövcud funksionallıqla tutuşdurmaq; təkrarlanan və artıq mövcud olan istəkləri ayırmaq, müxtəlif müştərilərin oxşar istəklərini vahid həllə yönəltmək;
  • Kadr uçotu, əmək müqavilələri və əmrlər, əmək haqqının hesablanması, məzuniyyətlər, iş vaxtının uçotu (tabel, növbə) və digər HRM prosesləri üzrə biznes proseslərini təhlil etmək, modelləşdirmək və optimallaşdırmaq;
  • Tələbləri User Story, qəbul meyarları (Acceptance Criteria) və funksional spesifikasiya şəklində sənədləşdirmək;
  • Əmək və vergi qanunvericiliyindəki, sosial sığorta və hesabat qaydalarındakı dəyişiklikləri izləmək, onların məhsula təsirini qiymətləndirmək və vaxtında tətbiqini təmin etmək;
  • Hazırlanmış funksionallığı qəbul meyarlarına görə yoxlamaq, qəbul etmək və ya geri qaytarmaq; buraxılış (release) qeydlərini və istifadəçi təlimatlarının yenilənməsini təşkil etmək.

Layihələrin idarə edilməsi (Project Manager)

  • HRMpro-nun müştərilərdə tətbiqi və inkişaf layihələri üçün layihə planını hazırlamaq: həcm, mərhələlər, müddətlər, resurslar və büdcə;
  • Müştəri ilə texniki tapşırığı, layihə həcmini və təhvil şərtlərini razılaşdırmaq; həcm dəyişikliklərini qiymətləndirmək və rəsmiləşdirmək;
  • Biznes analitiklər, proqramçılar və test komandası arasında işləri bölüşdürmək, gedişatı izləmək və gecikmələrin qarşısını vaxtında almaq;
  • Layihə risklərini və asılılıqlarını müəyyənləşdirmək, onlar üzrə tədbir planı hazırlamaq;
  • Məlumatların köçürülməsini (miqrasiya), sistemin quraşdırılmasını, istifadəçilərin təlimini və canlı istifadəyə keçidi təşkil etmək;
  • Rəhbərliyə və müştəriyə müntəzəm status hesabatı vermək, layihə görüşlərini aparmaq və protokollaşdırmaq;
  • Mərhələlərin təhvil-qəbul sənədlərini hazırlamaq, layihəni bağlamaq və nəticələri təhlil etmək.
Tələblər:
  • Product Owner, layihə rəhbəri, biznes analitik və ya oxşar vəzifədə ən azı 4 il iş təcrübəsi; bunun ən azı 2 ili proqram təminatı layihələrinin idarə edilməsi üzrə olmalıdır;
  • HRM və ya əmək haqqı proqram təminatının hazırlanması və ya tətbiqi üzrə təcrübə;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktları dərindən bilmək;
  • Əmək haqqının, məzuniyyət haqqının, son haqq-hesabın, vergi və sosial sığorta ayırmalarının hesablanması üzrə praktiki təcrübə;
  • Kadr uçotu, əmək müqavilələri, iş vaxtının uçotu və məzuniyyətlərin idarə edilməsi proseslərini dərindən anlamaq;
  • Biznes ehtiyaclarını toplamaq və funksional tələblərə çevirmək; User Story və qəbul meyarları yazmaq təcrübəsi;
  • Agile/Scrum və ənənəvi (mərhələli) layihə idarəetmə yanaşmalarını bilmək və tətbiq etmək;
  • Layihənin planlaşdırılması, müddət, büdcə və risklərin idarə edilməsi təcrübəsi; MS Project və ya oxşar planlama alətləri ilə işləmək;
  • Jira və ya oxşar tapşırıq idarəetmə alətləri ilə işləmək bacarığı;
  • Məlumatı yoxlamaq üçün SQL-də sadə sorğular yaza bilmək;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, rus və ya ingilis dilini işgüzar səviyyədə bilmək;
  • Liderlik, qərar vermə və prioritetləşdirmə bacarığı, müştəri ilə danışıqlar aparmaq və komandanı ortaq nəticəyə yönəltmək.

Üstünlük sayılır

  • Kadr və ya əmək haqqı şöbəsində işləmiş olmaq;
  • Dövlət və ya büdcə təşkilatlarında HRM və ya ERP sistemlərinin tətbiqinə rəhbərlik etmək;
  • Layihə idarəetməsi sertifikatı (PMP, PRINCE2, IPMA və s.) və ya Product Owner sertifikatı (PSPO, CSPO və s.);
  • BPMN ilə proses modelləşdirmə, prototip və maket alətləri (Figma və s.) ilə işləmək təcrübəsi.

Biz nə təklif edirik?

  • Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əmək haqqı;
  • 5 günlük iş həftəsi (09:00–18:00);
  • Ölkədə istifadə olunan HRM məhsulunun inkişaf istiqamətini və onun tətbiq layihələrini idarə etmək imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi;
  • Təcrübəli analitik, proqramçı və test komandası ilə əməkdaşlıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Shamil Azizbeyov 88A, Nasimi district
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 oktyabr 2026
Baxış
37

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Məhsul sahibi üzrə bazar adətən 1 680–4 000 ₼ ödəyir, median — 2 300 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

11 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Məhsul sahibi kimi öz maaşını yoxla

Şirkət haqqında

PROSYS LLC
IT Services and IT Consulting · 11-50 · Bakı
PROSYS LLC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Tam ştat, ofisdə, həftədə 5 gün, 09:00–18:00 saatlarında işləmək tələb olunur.

Bəli, əmək və vergi qanunvericiliyi, sosial sığorta və hesabat qaydaları üzrə biliklər tələb olunur.

Bəli, layihə planının hazırlanması, risklərin idarə olunması və komanda işinin koordinasiyası tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Məhsul sahibi üzrə Bakıda digər açıq elanlar.

Sabah Hub
Mütəxəssis · 1–3 ilBakı
Maaş göstərilməyib

Fintech məhsullarının inkişafını dəstəkləyir, güclü analitik və məhsul idarəetmə bacarıqları tələb olunur

Market ResearchBusiness AnalysisFinancial ModelingKPI Tracking+5
Müraciət et
Omnuvex MMC
Yeni başlayan · 1–3 ilBakı
Maaş göstərilməyib

B2B məhsulların məhsul sahibi kimi idarə edir, Agile və istifadəçi hekayələri bilikləri tələb olunur

Sprint PlanningScrumJiraProduct Backlog Management+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Product owner / layihə meneceri (HRMpro)
Müraciət et