Rəqəmsallaşdırma və transformasiya üzrə kiçik mütəxəssis

Veysəloğlu

Vakansiya haqqında

Funksiya: Rəqəmsallaşdırma və Transformasiya

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Ümumi məlumat:

  • “Veysəloğlu” MMC-nin gələcək inkişaf strategiyası çərçivəsində biznes proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırılması və data əsaslı idarəetmənin genişləndirilməsi istiqamətində inkişaf potensialı yüksək olan gənc mütəxəssislərin komandaya cəlb edilməsi nəzərdə tutulur.

Vəzifənin əsas məqsədi mövcud biznes proseslərini öyrənən, məlumatları təhlil edə bilən, proseslərdə təkrarlanan və manual əməliyyatları müəyyən edən və onların rəqəmsallaşdırılması və avtomatlaşdırılması üçün həllərin hazırlanmasında iştirak edən mütəxəssislərin yetişdirilməsidir.

Vəzifə funksiyaları:

  • Şirkət daxilində mövcud biznes proseslərini öyrənmək və təhlil etmək;
  • Müxtəlif funksiyalar üzrə məlumatların toplanması, strukturlaşdırılması və təhlilində iştirak etmək;
  • Böyük həcmli məlumatlarla işləmək və məlumatlar arasında əlaqələri müəyyən etmək;
  • Təkrarlanan, manual və vaxt itkisinə səbəb olan əməliyyatları müəyyənləşdirmək;
  • Mövcud proseslərin daha sürətli və effektiv icrası üçün rəqəmsal həllərin hazırlanmasında iştirak etmək;
  • Hesabatların və analitik məlumatların avtomatlaşdırılması istiqamətində həllər hazırlamaq;
  • Excel, Power BI və digər analitik alətlər vasitəsilə məlumatların emalı və vizuallaşdırılmasını həyata keçirmək;
  • SQL, Python, RPA, süni intellekt və digər avtomatlaşdırma texnologiyalarının biznes proseslərində tətbiqi üzrə layihələrdə iştirak etmək;
  • Mövcud proseslərin optimallaşdırılması üçün təkliflər hazırlamaq;
  • Rəqəmsallaşdırma və transformasiya layihələrinin test, tətbiq və monitorinq mərhələlərində iştirak etmək;
  • Yeni texnologiyaları və proqram təminatlarını araşdırmaq, öyrənmək və onların biznes proseslərində istifadə imkanlarını qiymətləndirmək.

Vəzifə tələbləri:

  • Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi, Tətbiqi riyaziyyat, Statistika, İqtisadiyyat, Biznes analitikası, Sənaye mühəndisliyi və digər uyğun istiqamətlər üzrə);
  • Yeni məzun və ya karyerasının ilkin mərhələsində olan namizədlərə üstünlük verilir;
  • Güclü analitik və məntiqi düşünmə qabiliyyəti;
  • Məlumatlarla işləmək, müqayisə və təhlil aparmaq bacarığı;
  • MS Excel proqramı üzrə yaxşı bilik;
  • Power BI, SQL, Python, RPA və digər analitika və avtomatlaşdırma alətlərindən ən azı biri üzrə bilik üstünlükdür;
  • Süni intellekt və yeni rəqəmsal texnologiyaların biznesdə tətbiqinə maraq;
  • Proseslərdə səmərəsizliyi müəyyən etmək və alternativ həllər düşünmək bacarığı;
  • Problem həll etmə və sistemli düşünmə bacarığı;
  • Yeni proqram və texnologiyaları sürətli öyrənmə qabiliyyəti;
  • İngilis dili biliyi üstünlükdür;
  • Öyrənməyə, araşdırmağa və davamlı inkişafa yüksək motivasiya;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

İş təcrübəsi:

  • İş təcrübəsi tələb olunmur. Namizədin analitik potensialı, öyrənmə sürəti, texnologiyaya marağı və problem həll etmə qabiliyyəti əsas seçim meyarlarıdır.

Təminatlar:

  • Nəqliyyat xidməti;
  • Nahar ödənişi;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Rəqəmsallaşdırma və transformasiya layihələrində praktiki iştirak imkanı.

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu bölməsində “Rəqəmsallaşdırma və Transformasiya üzrə Kiçik Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya karyera.veyseloglu.az saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 sentyabr 2026
Dillər
English
Son tarix
21 oktyabr 2026
HRX ilə müraciət
3
Baxış
35

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhəridir.

Həftənin 5 günü işləmək tələb olunur.

Əmək haqqı müsahibə əsasında təyin olunur.

Namizəd CV göndərməlidir, mövzu bölməsində vəzifə adı qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Nəqliyyat xidməti, nahar ödənişi və peşəkar inkişaf imkanları təklif olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Transformasiya üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

PROSYS LLC
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Biznes proseslərini analiz edir, proqram təminatı üçün tələbləri toplayır və SQL biliklərinə malikdir.

Business Process AnalysisJiraQuality ControlBusiness Process Modeling+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Rəqəmsallaşdırma və transformasiya üzrə kiçik mütəxəssis
Müraciət et