Vakansiya haqqında

Long Description

Vəzifənin adı: Layihələr üzrə Böyük Mühəndis

SOCAR Downstream MMC, Layihələr Departamenti "Layihələr üzrə Böyük Mühəndis" vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  1. Layihələrə təhkim olunduqda:
  • Podratçı təşkilatlatın hazırladığı layihələrə, nasosların, kompressorların, turbinlərin texniki sənədlərinə (spesifikasiyalar, texniki çizgilər, satınalma tələbnaməsi, təkliflərin texniki qiymətləndirilməsi, hesabatlar və s.) Mexaniki Spesifikasiyalara/ən yaxşı partikalara/norma və standartlara uyğuluğu üzrə rəylərin verilməsi və Podratçıların sorğularının cavablandırılması;
  • Kontraktorlar, İstehsalçılar və digər tərəflərlə Texniki İclaslarda Sifarişçi nümayəndəsi kimi iştirak etmək və müvafiq qərar vermədə iştirak etmək;
  • Kontraktorlar, İstehsalçılar və digər tərəflərlə, departamentlərlə işin başlanma, ilkin razılaşma iclaslarında iştirak etmək və mexanika sahəsi üzrə tələbləri aydınlatmaqla texniki suallara cavab vermək;
  • İşlər həcmində müəyyən edilmiş norma və qaydalardan kənaraçıxmalar (Deviation) üzrə sorğular olduqda Layihə menecerlərinə qərarın verilməsində texniki dəstək;
  • Elektron və rəsmi məktubalara cavabların hazırlanması üzrə Texniki tərəfdən dəstək;
  • Sahə komandası tərəfindən təklif edilən modifikasiyaların, mühəndislik təkliflərinin texniki dəyərləndirilməsi, uyğunluğunun yoxlanılması;

2. Daxili layihələrdə Mexnaika mühəndisi kimi təhkim edildikdə:

  • Layihə Spesifikasiyalarının, texniki məlumat cədvəlinin, işlər həcminin, Satınalma tələbnamələrinin hazırlanması;
  • Təkliflərin texniki qiymətləndirilməsi hesabatının hazırlanması, istehsalçılarla texniki iclaslarda sifarişçi nümayəndəsi kimi iştirak etmək və müvafiq qərar vermədə iştirak etmək;
  • İstehsalçılarla işin başlanma, ilkin razılaşma iclaslarında iştirak etmək və mexanika sahəsi üzrə tələbləri aydınlatmaqla texniki suallara cavab vermək;
  • Sifariş sonrası istehsalçı sənədlərinin yoxlanılması, dəyərlənidirilməsi;
  • Təhlükə və işləmə qabiliyyətinin yoxlanılması iclaslarında, texniki cizimlərin yoxlanılması iclaslarında iştirak etmək;
  • İşlər həcmində müəyyən edilmiş norma və qaydalardan kənaraçıxmalar (Deviation) üzrə sorğuların dəyərləndirilməsi;
  • İşlər həcminin tamamlanması üçün lazımi əlavə işlərin və ya modifikasiyaların dəyərləndirilməsi, təstiqlənməsi;
  • Mühəndislik sahəsinin digər depatamentlərinə qurğuların düzgün seçilməsi, ölçüləri və digər Mexanika sahəsi üzrə tələb olunan texniki dəstəyin verilməsi;
  • Elektron və rəsmi məktubalara cavabların hazırlanması üzrə Texniki tərəfdən dəstək;
  • Sahə işləri zamanı təmir, tikinti, keyfiyyətə nəzarət departamnetlərinə dəstək;
  • Layihə üzrə sərf edilən iş saatına və proqresə nəzarət.
.

Namizədə tələblər:

  • Mexanika mühəndisliyi üzrə magistratura təhsili;
  • Neft-Qaz sektorundakı əsas kontraktorlarla iş təcrübəsi və fırlanan avadanlıqların dizayı üzrə minimum 8 illik təcrübə;
  • Müstəqil olaraq mühəndsilik prinsiplərinə, prosedurlara və standartların tələblərinə uyğun şəkildə işin icrası;
  • Dəyişikliklərə adaptasiya;
  • Təklifin dəyərləndirilməsinən, dizayn və layihələndirmədən, mühəndis hesablamalarından, xərclərin qiymətlənidirlməsindən sifarişçi rəylərinə qədər bütün layihə ilə əlaqəli mexanika mühəndisliyi işlərində işləməyi bacarmalıdır;
  • Dizayn mərhələsinin mexanika mühəndisliyinə dair bütün məsələlərdə digərlərini SƏTƏM qaydalarına riayət etmək üçün yönləndirməlidir;
  • Layihə və mühəndislik komandasındakı kiçik və aparıcı mühəndislərə mentorluq;
  • Nasoslar, Kompressorlar və Turbinlər kimi fırlanan avadanlıqların prinsipləri və API, ISO və s. kimi müvafiq Beynəlxalq Standartları üzrə dərin biliklər.
İş yeri: SOCAR Downstream Management (Neft Emalı Zavodu) Son müraciət tarixi: 16 Noyabr 2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Heydər Əliyev pr. 121
Təcrübə
8+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 noyabr 2026
Son tarix
16 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
136

Şirkət haqqında

SOCAR Downstream Management
5,001-10,000 · Bakı
SOCAR Downstream Management — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Minimum 8 il iş təcrübəsi tələb olunur.

Mexanika mühəndisliyi üzrə magistratura təhsili tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Vakansiyaya müraciət üçün son tarix 16 noyabr 2026-cı ildir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Aparıcı mühəndis üzrə Bakıda digər açıq elanlar.

BP Azerbaijan
Təcrübəli mütəxəssisBakı
Maaş göstərilməyib4 gün qalıb

Mürəkkəb quyular layihələrini idarə edir və mühəndislik sənədlərini nəzərdən keçirir, layihə idarəetmə bacarıqları tələb olunur.

Project ManagementCost ControlEngineering documentation reviewScheduling+3
Müraciət et
Prime Core Construction
Təcrübəli mütəxəssis · 3–5 ilBakı
Maaş göstərilməyib

Tikinti işlərinin keyfiyyətinə nəzarət edir və texniki tələblərə uyğunluğunu təmin edir

Quality ControlQuality AssuranceTechnical SupervisionConstruction Methodology+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
PD&MS Group
Təcrübəli mütəxəssisBakı
Maaş göstərilməyib7 gün qalıb

Layihənin icrasına rəhbərlik edir və çoxdisiplinli mühəndis komandalarını əlaqələndirir, layihə idarəetmə bacarıqları tələb olunur.

Project ManagementCost EstimationChange Control ManagementResource Allocation+4
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mexanika üzrə böyük mühəndis
Müraciət et