Topoqrafiya və geodeziya işləri aparır, AutoCAD və Civil 3D proqramlarında işləmə bacarığı tələb olunur.
Vakansiya haqqında
Vəzifə funksiyaları:
Tikinti sahəsində topoqrafik-geodezik işlərin təşkili və icrasını təmin etmək;
Layihə üzrə verilmiş koordinat və hündürlük sistemlərinin öyrənilməsi və sahədə tətbiqini təmin etmək;
Geodezik reperlərin, koordinat və yüksəklik nöqtələrinin qəbulunu, yoxlanılmasını və qorunmasını təmin etmək;
Tikinti işləri üzrə oxların, koordinatların və yüksəklik nişanlarının sahəyə çıxarılmasını həyata keçirmək;
Bina və qurğuların, konstruktiv elementlərin, yolların və digər tikinti elementlərinin layihə üzrə yerləşmə vəziyyətini yoxlamaq;
Təməl, svay, kolon, divar, döşəmə və digər konstruksiyaların geodezik ölçmə və nişanlama işlərini aparmaq;
Tikinti işlərinin layihə koordinatlarına və hündürlük göstəricilərinə uyğunluğuna nəzarət etmək;
İcra olunmuş işlər üzrə faktiki ölçmələri aparmaq və icraedici geodezik sxemlərin hazırlanmasını təmin etmək;
Yerinə yetirilmiş işlərin layihə göstəricilərindən kənarlaşmalarını müəyyən etmək və nəticələri aidiyyəti şəxslərə təqdim etmək;
Total station, GPS/GNSS, nivelir və digər geodezik cihazlardan düzgün istifadə etmək və onların işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Geodezik cihazların kalibrlənməsi və texniki yoxlamalarının vaxtında aparılmasına nəzarət etmək;
Podratçı və subpodratçıların geodezik işlərini koordinasiya etmək və yoxlamaq;
Layihə, tikinti və dizayn komandaları ilə koordinasiyalı şəkildə işləmək;
Sahədə yaranan koordinat, ölçü və hündürlük uyğunsuzluqlarının araşdırılmasında iştirak etmək;
Geodezik ölçmə nəticələrinin elektron və kağız formatda düzgün qeydiyyatını və arxivləşdirilməsini təmin etmək;
Gündəlik və həftəlik görülmüş geodezik işlər üzrə hesabatlar hazırlamaq;
İşlərin əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə uyğun icrasını təmin etmək.
Vəzifəyə olan tələblər:
Təhsil: Ali (Geodeziya, topoqrafiya, geomatika və ya əlaqədar sahə).
İş Təcrübəsi: Tikinti layihələrində topoqraf/geodeziya mühəndisi üzrə minimum 2-3 illik təcrübəsi
Total station, GPS, nivelir cihazlarının mükəmməl idarə olunması.
Çertyoj və layihə sənədlərini oxuma və koordinat sistemləri ilə işləmə bacarığı;
Ölçmə nəticələrinin təhlili və hesabatların hazırlanması bacarığı
AutoCAD və digər geodeziya proqramlarında işləmə bacarığı (Civil 3D, NetCAD üstünlükdür).
Dəqiqlik, məsuliyyət, analitik düşünmə qabiliyyəti.
Sahə şəraitində işləməyə uyğunluq və komanda ilə işləmə bacarığı.
İş Şəraiti:
İş qrafiki: 6 gün
Nahar şirkət tərəfindən təmin olunur
Əmək Haqqı: Namizədin bilik və bacarıqlarına uyğun
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki həftədə 6 gündür.
Namizəd CV formasını mövzu yerinə “Geodiziya muhendisi” yazaraq göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçNahar şirkət tərəfindən təmin olunur.
Tikinti layihələrində 2-3 il təcrübə tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş geodeziya mühəndisi üzrə digər açıq elanlar.
Tikinti prosesini idarə edir, keyfiyyətə nəzarət edir və AutoCAD bilikləri tələb olunur
Tikinti-quraşdırma işlərinə sahədə nəzarət edir, AutoCAD bilikləri və 2 il təcrübə tələb olunur.
Tikinti sahəsində işlərin icrasına nəzarət edir və sahə rəisi kimi minimum 3 il təcrübəsi var




