Elektrik avadanlıqlarının təhlükəsiz istismarını təmin edir və 3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Əsas vəzifə öhdəlikləri:
- Geoloji Tədqiqatların Aparılması; Qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullarla sahə tədqiqatları aparmaq; torpaq, qaya və yeraltı su nümunələri toplayaraq laboratoriya analizləri üçün təqdim etmək;
- Yeraltı şəraiti və sürüşmə, çökmə və ya seysmik aktivlik kimi potensial geoloji təhlükələri müəyyənləşdirmək."
- Sahə Fəaliyyətlərinə Nəzarət; Tikinti zamanı geotexniki layihəyə uyğunluğu təmin etmək üçün torpaq işlərinə nəzarət etmək; Qazıntı, suyun çəkilməsi (dewatering), bünövrələrin qurulması və yamac sabitliyi işləri üzrə sahə yoxlamaları aparmaq.
- Məlumatların Təhlili və Şərhi; Laboratoriya nəticələrini və sahə müşahidələrini təhlil etmək və şərh etmək; Geoloji xəritələr, profillər və yeraltı model eskizləri hazırlamaq; mühəndislik layihələndirilməsi üçün torpaq və qaya qatlarının fiziki və mexaniki xüsusiyyətlərini qiymətləndirmək.
- Layihələndirmə və Planlaşdırmaya Dəstək; Bünövrələr, yamaclar, tunellər, bəndlər və digər infrastrukturların layihələndirilməsinə geotexniki töhfə vermək;
- Sahə şəraitinə əsaslanaraq torpağın yaxşılaşdırılması metodlarını və ya alternativ layihə həllərini təklif etmək.
- Risk Qiymətləndirməsinin Aparılması; Torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək; Tikinti və ya istismar zamanı risklərin azaldılması üçün müvafiq strategiyalar hazırlamaq.
- Texniki Hesabatların Hazırlanması: Tikinti, layihələndirmə və ya normativ məqsədlər üçün faktlara əsaslanan və şərhedici geotexniki hesabatlar hazırlamaq; Tapıntıları layihə komandalarına, müştərilərə və dövlət orqanlarına aydın şəkildə təqdim etmək.
- Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ETQ); Planlaşdırılan layihələrin torpaq və yeraltı suya təsirini təhlil etmək; Ətraf mühitin qorunması məqsədilə tədbirlər və müdafiə mexanizmləri təklif etmək.
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
- Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
- Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
- Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq və onun hərəkət və ya hərəkətsizliyi nəticəsində oxşar məlumatların üçüncü şəxslərin sərəncamına keçməməsi ilə əlaqədar qanunla gərəkli olan bütün səyləri göstərmək;
- İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, habelə onların həyat və sağlamlığına təhlükə törədə biləcək hərəkət və hərəkətsizlikdən çəkinmək;
- Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
- Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
- İşə icazə vərəqələri ilə görülməsi nəzərdə tutulan işlərin düzgün yerinə yetirilməsini təmin etmək;
Tələb olunan bilik və bacarıqlar:
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili biliyinin olması arzuolunandır, Rus dili biliyinin olması arzuolunandır;
- MS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında, AutoCAD, Surpac və GIS proqram təminatları ilə işləməyi bacarmağı;
Müvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır;
Tələb olunan təhsil:
Müvafiq sahə üzrə Ali təhsil
Tələb olunan iş təcrübəsi:
Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
İş qrafiki:
Növbəli iş rejimiƏmək haqqı və əlavə imtiyazlar:
•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Daşkəsən rayonundadır.
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi tələb olunur.
Növbəli iş rejimidir.
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Beynəlxalq və yerli təlimlərdə iştirak, idman mərkəzlərindən limitsiz istifadə, nəqliyyat xidməti və rəqabətli mükafatlandırma sistemi təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş geoloq üzrə Daşkəsən şəhərində digər açıq elanlar.
Geoloji məlumatların təhlili və hesabatların hazırlanması üzrə işləyir, MS Office bacarığı tələb olunur.
Layihə-smeta sənədlərinin hazırlanması və smeta işlərinin aparılması üçün texniki mühəndis axtarılır.
Müştərilərin texniki tələblərini analiz edir və satış nümayəndələrinə texniki dəstək verir.



