Elektrik və elektronika mühəndisi kimi sənaye avtomatlaşdırması və layihələndirmə işlərini idarə edir.
Vakansiya haqqında
Əmək funksiyası.
- Sistemin fasiləsiz işini təmin etmək üçün elektriklə bağlı problemləri həll etmək;
- Elektrik işinə aid olan gündəlik işləri yerinə yetirmək;
- Camaşırxana və mətbəx ləvazimatları, isitmə, havalandırma və kondisioner qurğularının, həmçinin onların motor, pompa, fan, su təmizləyici mexaninizmlərinin və elektrik generatorların, elektrik işıqları və qüvvəsinin, telefon və televizorların, yanğın liftlərinin, təhlükəsizlik avadanlıqları və sistemi kimi müxtəlif növ təchizatların baxımı və təmirinə cavabdeh olmaq;
- Elektriklə bağlı nasazlıqların yerini və növünü müəyyən etmək üçün elektrik sınaq avadanlıqlarının qaydalarına əməl etmək;
- Profilaktik baxım/iş tələblərini müəyyən olunmuş keyfiyyət standartlarına əsasən həyata keçirmək;
- Təchizat məsələləri və çatışmazlıqlar barədə birbaşa rəhbərə məruzə etmək və müvafiq yerlərdə bu çatışmazlıqları aradan qaldırmaq;
- Avadanlığın istifadə olunmasının uçotunu aparmaq və göstəricilərini təhlil etmək, onun iş rejimini və istismar olunması şərtlərini öyrənmək, elektron avadanlığın istismarı və ona texniki xidmət üzrə normativ sənədləri işləyib hazırlamaq;
- Avadanlıqlarda detalların yoxlanılması, yaranan problemlər barəsində birbaşa rəhbərə məlumat vermək və yaranan problemi qısa zamanda həll etmək;
- İllik baxım planlarına yeni əlavələr/artırılmalar da daxil olmaqla bütün otel ərazisindəki hər növ təmir, təşkil və baxım işlərini yerinə etmək;
- Otel ərazisində Elektrik nasazlıqların aşkarlanması və xətlərin çəkilməsi, sxemləri oxumaq, santexnika və mexaniki nasazlıqları aşkarlayıb təmir etmək;
- Ona həvalə olunmuş qonaq otaqları, ictimai və arxa ərazilərin avadanlıq və ləvazimatlarının baxımı və təmirini həyata keçirmək;
- Elektrik mühərriklərinin, transformatorların, generatorların, dövrələrin, naqillərin və digər elektrik avadanlıqları və komponentləri elektrik qurğular üzrə qaydalara, normalara və standartlara uyğun quraşdırmaq və təmir etmək;
Tələblər:
- Müvafiq vəzifə üzrə ən azı 3 il təcrübə
- Azərbaycan dili səlis
- İngilis və rus dili (arzu olunandır)
- Elektrik/elektronik /soyutma/buxar generator/isitmə və kondisioner sistemi/santexnika sahələrindən birinə aid texniki məktəb bitirmək və ya müəyyən peşə təhsili
- Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək;
- Santexnika, dülgərlik, və ümumi texniki təchizat üzrə ümumi mexaniki bacarığı olmaq
- Hər hansı tapşırılan işi nəzarətsiz müstəqil şəkildə başa çatdırmaq bacarığı və məsuliyyəti olmaq
- Uyğun texniki təchizat təcrübəsi
- Komandada işləmək bacarığı olmaq
- Davamlı inkişaf və öyrənməyə meyilli olmaq
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Elektrik mühəndisi üzrə bazar adətən 800–2 000 ₼ ödəyir, median — 1 200 ₼.
25 açıq vakansiya, 24 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Elektrik mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Minimum 3 il təcrübə tələb olunur.
Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır.
İş saatları və günləri barədə məlumat verilməyib.
Elektrik, elektronika, soyutma, buxar generator, isitmə və kondisioner sistemi və ya santexnika sahələrindən birinə aid texniki məktəb və ya peşə təhsili olmalıdır.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarElektrik mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Elektrik mühəndisi layihəyə texniki rəhbərlik edir və elektrik montaj işlərini idarə edir.
Elektrik mühəndisi kimi komissiyalaşdırma işlərini planlaşdırır və elektrik avadanlıqlarının işə salınmasını təmin edir.
0,4 kV-luq şəbəkələrdə elektrik quraşdırma işləri görür və elektrik sxemlərini oxumağı bacarır.



