Elektrik sistemlərinin layihələndirilməsi, sənədləşdirilməsi və keyfiyyətinə nəzarət edir, müvafiq standartları bilir.
Vakansiya haqqında
Təsvir:
Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Tikinti sahəsində elektrik sistemlərinin layihələndirmə məlumatlarını analiz edəcək, sahəyə tətbiqinə, normativ sənədlərə və beynəlxalq standartlara uyğunluğuna nəzarət edəcək Elektrik mühəndisi axtarırıq.
Bu rol layihələndirmə prosesinə texniki dəstəyin verilməsinə, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərinin yoxlanılmasına, sınaq və təhvil-təslim proseslərində iştiraka, həmçinin elektrik sistemləri üzrə sənəd dövriyyəsinin və məlumat mübadiləsinin düzgün idarə edilməsinə cavabdeh olacaq.
Bu vəzifədə uğur qazanmaq üçün elektrik mühəndisliyi üzrə bilikləri praktiki əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək dəqiqliklə izləmək, texniki həll yolları təqdim etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır.
Əsas öhdəliklər:
Layihələndirmə təhlili və texniki rəy
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək və elektrik sistemlərinin sahəyə tətbiqi barədə hesabat təqdim etmək.
- Layihənin layihələndirmə prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək.
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərin optimallaşdırılması üçün təkliflər vermək.
Sahə nəzarəti, uyğunluq və təhvil-təslim
- Tikinti sahəsində elektrik sistemlərinin tətbiqinin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək.
- Tikinti müddətində elektrik hissəsinin sahəyə tətbiqinin təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə İş Qrafikinin iş həcmlərinə uyğunluğunu yoxlamaq.
- İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək.
Sənəd dövriyyəsi və komanda əməkdaşlığı
- Tikinti sahəsinin elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun həyata keçirilməsini təmin etmək.
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və tikinti prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək.
Tələblər
- Elektrik mühəndisliyi, elektroenergetika mühəndisliyi və ya digər müvafiq texniki ixtisaslar üzrə ali təhsil;
- Tikinti və layihələrin idarə olunması sahəsində elektrik mühəndisi kimi minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının yerli normativ aktları , eləcə də elektrik təchizatı və təhlükəsizliyi üzrə beynəlxalq standartları (IEC, IEEE və s.) dərindən bilmək və tətbiq etmək bacarığı;
- Elektrik sistemlərinin layihə sənədlərini, texniki spesifikasiyaları və iş həcmlərini (BOQ) analiz etmək, tikinti-quraşdırma və sınaq-sazlama (testing & commissioning) işlərinə nəzarət etmək, həmçinin büdcə və texniki həllərin optimallaşdırılması üzrə ekspert rəyi vermək bacarığı;
- AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı; elektron sənəd dövriyyəsi platformaları, xüsusilə ORACLE Aconex sistemi üzrə biliklər;
- Analitik düşüncə və detallara yüksək diqqətlilik, layihə tərəfləri ilə effektiv ünsiyyət və komanda daxilində koordinasiyalı işləmək bacarığı;
- Texniki problemlərə operativ və optimal həll yolları təqdim etmək səriştəsi, davamlı peşəkar inkişafa meyillilik.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Daşınmaz əmlak sektorunda ölkənin aparıcı şirkəti olan FMG-də tikinti layihələrinin elektrik sistemlərinə nəzarət etmək və peşəkar texniki həllər tətbiq etmək imkanı
- Rəqabətli əməkhaqqı və bonus
- Geniş təminatlı tibbi sığorta
- Korporativ loyallıq proqramına üzvlük
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Elektrik mühəndisi üzrə bazar adətən 800–1 500 ₼ ödəyir, median — 1 200 ₼.
28 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Elektrik mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Elektrik mühəndisi kimi minimum 3 il iş təcrübəsi tələb olunur.
Vakansiya tam ştat iş rejimindədir.
Müraciət üçün linkə daxil olaraq müraciət etmək tələb olunur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçAutoCAD, MS Office və Oracle Aconex proqramlarında sərbəst işləmək bacarığı tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarElektrik mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Elektrik mühəndisi MEP layihələrinin hazırlanması və texniki sənədlərin yoxlanılmasını həyata keçirir
Elektrik mühəndisi kimi tikinti və təmir işlərində sahə nəzarəti və texniki yoxlama aparmaq.
Yüksək gərginlikli xətlərin quraşdırılması üzrə işləyir, 1 il təcrübə tələb olunur




