Vakansiya haqqında

Əsas vəzifə və öhdəliklər:

  • PLC və inverter bilikləri – əsas anlayışlara sahib olmaq, sadə proqramlama və backup işlərini icra etmək bacarığı.
  • Rele mühafizə sistemləri – dərindən tanışlıq və praktiki iş bacarığı. Elektrik dövrəsi sxemlərini oxuma bacarığı
  • Elektrik təmir sexində işlərin təşkili – hissələrin təmiri və ya bərpasının təşkil edilməsi.
  • Təmir edilmiş hissələrin sınağı – yoxlamaların aparılması və yararlı hissələrin anbara təhvil verilməsi işlərinin təşkli
  • Gündəlik təmir hesabatları – Günlük və Aylıq təmir hesabatlarının işlənilməsi.
  • Qəza və təxirəsalınmaz təmir – günün istənilən saatında operativ işlərin təşkili.
  • Podratçı təşkilatlarla iş – dəvət edilən servis və podratçıların gördüyü işlərin müvafiq aktlara uyğun təhvil-təslimində iştirak.
  • Naryad və sənədləşmə – buraxılış ,hündürlükdə iş və digər kağız işlərində aktivlik, məsuliyyətlilik.
  • Qüsur aktlarının hazırlanması – istismara yararsız ehtiyat hissələrinin müvafiq aktlarla silinməsinin təşkili
  • Avadanlıqların faydalı iş əmsalı – maşın və avadanlıqların faydalı iş əmsalının artırılması və ya sabit saxlanılması, materialların və iş alətlərinin səmərəli istifadəsinə nəzarət.
  • Ehtiyat hissələri anbarının izlənilməsi, azalan ehtiyat hissələrinin sifarişi üçün təklifin verilməsi
  • Sifariş edilən hissələrin (yerli və ya xarici təchizat) anbara qəbulunda iştirak;

Texniki təminat prosedurunun tətbiqi:

  • a) Zavod daxili avadanlıqların plana uyğun profilaktik gündəlik, həftəlik və aylıq baxışlarında iştirak. Baxış nəticəsinə uyğun olaraq profilaktik baxış jurnallarının yazılması;
  • b) Planlı təmir hesabatının hazırlanmasında iştirak;

Tələblər:

  • Ali təhsil (Elektrik Mühəndisliyi,Elektronika,Energetika və ya Avtomatika sahələri üzrə)
  • Elektrik sahəsində minimum 3 il mühəndis və ya mütəxəssis kimi iş təcrübəsi.
  • MS Office və PLC proqramlarında işləmək bacarığı.
  • Elektrik sxemləri ilə işləmək bacarığı;
  • Yüksək işgüzarlıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Təşəbbüskarlıq qabiliyyəti;
  • Diqqətli və məsuliyyətli;
  • Operativlik;

İş şəraiti:

  • 6 günlük iş qrafiki: saat 09:00-17:00;
  • Əmək haqqı: 1300-1600 Azn;
  • Ünvan: Hacıqabul rayonu, Hacıqabul-Kürdəmir şossesi 9-cu km
  • Uzaq regiondan olan işçi üçün qonaqlama və 3 vaxt yemək qarşılanır.

“Biz peşəkar komanda ilə işləmək, inkişaf etmək və zavodun texniki proseslərinə töhfə vermək istəyən namizədləri komandamıza dəvət edirik”

Müraciətin son tarixi 20.09.2026-ci ildir. Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün Hacıqabul rayonunda yerləşən zavoda dəvət ediləcək.

Uyğun namizədlərdən CV-lərini “Elektrik Mühəndisi” başlığı altında “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 300–1 600 ₼
Yerləşdirilib
27 avqust 2026
Son tarix
27 sentyabr 2026

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

STP Group of Companies
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

İstehsalat avadanlıqlarının quraşdırılması və texniki xidmətini təşkil etmək üçün mexanika mühəndisliyi bilikləri tələb olunur.

Mechanical EngineeringTechnical MaintenancePreventive MaintenanceTechnical documentation preparation+3
Müraciət et
Maaş göstərilməyib

Zavodun elektrik avadanlıqlarının təmiri və xidmətini təmin etmək üçün elektrik bilikləri tələb olunur.

Preventive MaintenanceTechnical DocumentationElectrical Equipment MaintenanceElectrical circuit reading+3
Müraciət et
Socar Polymer
Senior · 7+ ilSumqayıt
Maaş göstərilməyib

NÖC üzrə qrup rəhbəri kimi instrumentasiya və nəzarət sistemləri üzrə 7 ildən çox təcrübə tələb olunur.

CommissioningPreventive MaintenanceTeamworkPeople Management+10
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
1 300–1 600 ₼
Elektrik mühəndisi
Müraciət et