Elektrik mühəndisi layihəyə texniki rəhbərlik edir və elektrik montaj işlərini idarə edir.
Vakansiya haqqında
Tələblər:
- Ali təhsil (zəif axın üzrə);
- Bu sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- Zəif cərəyan sistemləri, elektrik sxemləri və layihə sənədləri ilə işləmə bacarığı;
- Müvafiq normativ və standartlar barədə bilik;
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə və diqqətlilik.
Vəzifə öhdəlikləri:
- Tikinti obyektlərində zəif cərəyan sistemlərinin (video müşahidə, yanğın siqnalizasiyası, giriş-çıxış nəzarəti, telefon və şəbəkə sistemləri və s.) layihə üzrə quraşdırılmasına nəzarət edilməsi;
- Layihə sənədlərinin zəif cərəyan hissəsinin yoxlanılması və icra olunan işlərin layihəyə uyğunluğunun təmin edilməsi;
- Zəif cərəyan sistemlərinin kabel xətlərinin çəkilməsi, avadanlıqların quraşdırılması, sazlanması və sınaqdan keçirilməsi;
- Podratçı və təchizatçılar tərəfindən görülən zəif cərəyan işlərinə texniki nəzarətin aparılması;
- Tikinti-quraşdırma işlərinin gedişi zamanı yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
- Görülən işlər üzrə akt və digər icra sənədlərinin hazırlanması və yoxlanılması;
- Avadanlıq və materiallara olan tələbatın müəyyən edilməsi, texniki xarakteristikalara uyğunluğunun yoxlanılması;
- Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Yasamal rayonu
- Əmək haqqı: 1800 AZN +
- İş saatları (iş rejimi): 08:30-17:30 (I-V), istirahət günü (şənbə-bazar)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Elektrik mühəndisi üzrə bazar adətən 800–2 000 ₼ ödəyir, median — 1 200 ₼.
26 açıq vakansiya, 25 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Elektrik mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
"Ramco" QSC-nin əsas məqsədl’rind’n biri ölkə daxilində və xaricdə yaşayış və sənaye binalarının, müxtəlif növ yolların, tunellərin, hidrotexniki və meliorasiya obyektlərinin inşasını peşəkar şəkildə həyata keçirməkdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Yasamal rayonudur.
İş saatları 08:30-dan 17:30-dək, həftə içi (Bazar ertəsi-Cümə).
Bu sahədə ən azı 5 il iş təcrübəsi tələb olunur.
Əmək haqqı 1800 manatdır.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarElektrik mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Sənaye və neft-qaz layihələrində elektrik mühəndisliyini idarə edir, 10 ildən çox təcrübə tələb olunur.
Elektrik sistemlərinin yoxlanılması, təmiri və quraşdırılması üzrə 5 il təcrübəsi olan aparıcı elektrik axtarılır.
Elektrik mühəndisi kimi komissiyalaşdırma işlərini planlaşdırır və elektrik avadanlıqlarının işə salınmasını təmin edir.




