Elektronika mühəndisi elektron avadanlıqların diaqnostikası və təmiri üzrə bilik və bacarıqlara malikdir.
Vakansiya haqqında
Əsas vəzifələr
- Traktor, kombayn, çiləyici, pivot suvarma sistemi və digər kənd təsərrüfatı texnikalarının elektron sistemlərinə texniki baxış keçirir;
- Texnikaların elektron idarəetmə bloklarında (ECU), sensor, idarəetmə modulu, GPS sistemi, monitor və elektrik naqillərində yaranan nasazlıqları diaqnostika edir;
- Elektron avadanlıqların profilaktik baxım və təmir işlərini həyata keçirir;
- Elektrik sxemlərini oxuyur və tətbiq edir;
- Elektron idarəetmə sistemlərinin kalibrlənməsini və sazlanmasını həyata keçirir;
- Avadanlıqların ehtiyat hissələrinə olan tələbatı müəyyən edir;
- Kompüter diaqnostika proqramlarından istifadə edərək texnikalarda nasazlıqları müəyyən edir;
- Avtomatlaşdırılmış suvarma, gübrələmə və idarəetmə sistemlərinin işlək vəziyyətini təmin edir;
- PLC, sensor və idarəetmə panellərinin işinə nəzarət edir;
- GPS və telemetriya sistemlərinin işləməsini yoxlayır;
- Mürəkkəb elektron sxemlərin, naqillərin və sensorların (rütubət, məhsuldarlıq, sürət sensorları) təmirini və ya dəyişdirilməsini həyata keçirmək;
- Elektron modulların proqram təminatını (firmware) yeniləmək;
- ISOBUS protokoluna uyğun olaraq müxtəlif markalı avadanlıqların (məsələn, traktorla toxumsəpənin) inteqrasiyasını təmin etmək;
- Mövsümönü hazırlıq işləri çərçivəsində elektron sistemlərin test edilməsi;
- Toz, və rütubət kimi aqrar mühit amillərinin elektronika üzərindəki mənfi təsirlərini minimuma endirmək üçün qoruyucu tədbirlər görmək.
- 5 günlük iş rejimi.
- İstirahət günü: Şənbə və Bazar günü.
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir
- İş ünvanı: Biləsuvar rayonu.
Tələblər
- Ali təhsil (Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, Avtomatika və ya uyğun sahə üzrə);
- Kənd təsərrüfatı texnikaları və elektron idarəetmə sistemləri üzrə minimum 2-3 il iş təcrübəsi;
- Elektron diaqnostika cihazları ilə işləmə bacarığı;
- Elektrik sxemlərini oxuma və analiz etmə bacarığı;
- PLC və avtomatika sistemləri üzrə biliklər;
- GPS və ağıllı kənd təsərrüfatı sistemləri barədə anlayış;
- MS Office proqramlarında işləmə bacarığı;
- Texniki problemləri operativ həll etmə bacarığı;
- Komandada işləmə və məsuliyyətlilik;
- Ezamiyyət və sahə şəraitində işləməyə hazır olmaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
5 günlük iş rejimi, istirahət günləri şənbə və bazar günləridir.
Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.
İş yeri Biləsuvar rayonundadır.
Nahar şirkət tərəfindən təmin edilir.
Müraciət üçün CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarElektronika mühəndisi üzrə Biləsuvar şəhərində digər açıq elanlar.
Texniki xidmət və təmir işlərini yerinə yetirir, profilaktik və cari təmir bacarığı tələb olunur.
İstehsalat avadanlıqlarının texniki xidmətini və təmirini həyata keçirir, 3-5 il təcrübə tələb olunur.
İstehsalat avadanlıqlarının elektrik və mexaniki nasazlıqlarını aradan qaldırmaq üçün texniki xidmət göstərir.



