Vakansiya haqqında

Əsas vəzifələr

  • Bütün növ enerji resursları (elektrik enerjisi, qaz, su, sıxılmış hava və buxar) üzrə sexlər, istehsal xətləri və məhsul növləri kəsimində xüsusi sərfiyyat normalarının hazırlanması və mütəmadi olaraq aktuallaşdırılması.
  • Enerji istehlakının gündəlik və həftəlik plan-fakt analizinin aparılması, kəskin kənarlaşmaların müəyyən edilməsi.
  • Məhsulun maya dəyərində enerji xərclərinin payının hesablanması.
  • İstehsalat sahələrində daxili enerji auditlərinin keçirilməsi.
  • Gizli enerji itkilərinin müəyyən edilməsi və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi. Buraya avadanlıqların boş işləməsi, sıxılmış hava və qaz sızmaları, qeyri-optimal qızdırma və soyutma rejimləri, sazlama və boşdayanmalar zamanı artıq enerji sərfinin müəyyən edilməsi daxildir.
  • Pik yüklənmələrin təhlil edilməsi və Planlaşdırma şöbəsi ilə birgə yüksək enerji tutumlu avadanlıqların iş qrafikinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
  • İstehsalat planı (S&OP, aylıq və illik qrafiklər) əsasında enerji resurslarına olan tələbatın proqnozlaşdırılması.
  • Enerji büdcəsinin formalaşdırılmasında iştirak edilməsi və büdcənin icrasına nəzarətin həyata keçirilməsi.
  • İstehsal xətləri və növbələr üzrə enerji səmərəliliyi göstəricilərini əks etdirən dashboard-ların qurulması və mütəmadi aparılması.
  • Əsas enerji istehlakı nöqtələrində lokal sayğacların (sub-sayğacların) quraşdırılması təşəbbüsünün irəli sürülməsi.
  • ASKUE və ERP sistemlərindən əldə edilən məlumatların düzgünlüyünə nəzarət edilməsi.
  • Enerji xərclərinin azaldılması üzrə təşəbbüslər bazasının formalaşdırılması.
  • Təklif olunan təşəbbüslərin iqtisadi səmərəsinin və geriödəmə müddətinin (ROI) hesablanması.
  • Enerji menecmenti standartının (ISO 50001) tətbiqinə və davamlı dəstəklənməsinə köməklik göstərilməsi.

Tələblər

  • Sənaye energetikası, istilik energetikası, istehsalat proseslərinin avtomatlaşdırılması və ya mühəndis iqtisadiyyatı istiqamətləri üzrə ali texniki təhsil.
  • İstehsalat müəssisəsində müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
  • Enerji analitiki, enerji səmərəliliyi üzrə mühəndis, texnoloq və ya optimallaşdırma yönümlü energetik vəzifələrində iş təcrübəsi.
  • MS Excel proqramı üzrə yüksək səviyyədə bilik (Pivot cədvəllər, mürəkkəb düsturlar və modelləşdirmə).
  • BI alətləri (Power BI və s.) ilə iş təcrübəsi üstünlükdür.
  • Enerji uçotu sistemlərinin (ASKUE, SCADA) iş prinsiplərini anlamaq və ERP sistemləri ilə baza səviyyəsində iş təcrübəsi.
  • İqtisadi səmərəliliyin (ROI, geriödəmə müddəti) hesablanması və texniki göstəricilərin maliyyə nəticələri ilə əlaqələndirilməsi bacarığı.
  • İstehsalat göstəriciləri (OEE, boşdayanmalar, güclərin yüklənməsi) və Lean / ISO 50001 prinsipləri üzrə baza bilikləri.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Sumqayıt, H.Z. Tağıyev qəsəbəsi
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 noyabr 2026
Son tarix
20 dekabr 2026
Baxış
133

Şirkət haqqında

STP - Sumqayıt Texnologiyalar Parkı
Sumqayıt
STP - Sumqayıt Texnologiyalar Parkı — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Müvafiq sahədə minimum 3 il iş təcrübəsi tələb olunur.

MS Excel yüksək səviyyədə, Power BI üstünlükdür, ASKUE, SCADA və ERP sistemləri ilə baza səviyyəsində iş təcrübəsi tələb olunur.

ISO 50001 standartının tətbiqi və dəstəklənməsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Əməliyyat mühəndisi üzrə Sumqayıtda digər açıq elanlar.

Fluid Force Engineering
Mütəxəssis · 4–5 ilBakı
1 000–2 000₼

Hidravlik avadanlıqların texniki baxışını və təmirini təşkil etmək üçün 4-5 il təcrübə tələb olunur

Technical InspectionPreventive MaintenanceQuality ControlHydraulic system maintenance+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Enerji səmərəliliyi üzrə mühəndis
Müraciət et