NÖC və avtomatika üzrə mühəndis kimi təmir və istismar işlərini aparmaq üçün müvafiq sahədə təcrübə tələb olunur
Vakansiya haqqında
Təsvir
- Baqaj lentlərinin, teleskopik trapların və digər texnoloji avadanlıqların texniki vəziyyətinə mütəmadi nəzarət etmək;
- Avadanlıqlarda yaranan nasazlıqları vaxtında aşkar etmək və onların aradan qaldırılmasını təmin etmək;
- Avadanlıqların fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək məqsədilə profilaktik texniki baxış və planlı təmir işlərini həyata keçirmək;
- Elektron və avtomatlaşdırılmış idarəetmə sistemlərinin saz və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
- Texniki xidmət və təmir işlərini əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
- Görülmüş texniki xidmət və təmir işləri üzrə müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
- Şöbə rəhbərliyi tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları icra etmək.
Tələblər
- Ali təhsil (Elektronika, elektrik mühəndisliyi, avtomatika və ya digər əlaqəli texniki ixtisaslar);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır (Texniki ingilis dili biliyi (avadanlıqların istismarı, texniki sənədlərin oxunması və beynəlxalq standartlarla işləmək üçün üstünlük kimi qiymətləndirilir);
- Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemlərin həlli bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki:
- Növbəli
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.
Növbəli iş rejimindədir.
Minimum 3 il iş təcrübəsi tələb olunur.
Azərbaycan dili səlis, ingilis dili B1 səviyyəsində, rus dili arzuolunandır.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏməliyyat mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Hidravlik avadanlıqların texniki baxışını və təmirini təşkil etmək üçün 4-5 il təcrübə tələb olunur
Elektrik təchizatı və UPS sistemlərinin layihələndirilməsi və texniki nəzarət üçün mühəndis tələb olunur
İstehsalat proseslərinin optimallaşdırılması və təhlükəsizlik təminatı üçün əməliyyat mühəndisi tələb olunur.




