Vakansiya haqqında

NÖC və avtomatika üzrə mühəndis

Vəzifənin adı: Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis

SOCAR Downstream MMC, Heydər Əliyev adına Neft emalı Zavodu, Təmir Departamenti, NÖC və avtomatika üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
  • İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək. İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunması. İş bitdikdən sonra iş yerinin və alətlərin təmiz saxlanması, ətraf mühitin çirklənməsinin qarşısını alınması, iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə xətti rəhbərinə məlumat vermək;
  • Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • SAP sistemi üzərindən günlük və həftəlik işlərin texniklər arasında bölüşdürülməsi, cari, əsaslı təmir bərpa sınaq-sazlama işlərini təşkil etməli və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək;
  • SAP sistemi üzərindən yeni iş bildirişinin yaradılması, iş sifarişlərinin yoxlanılması və lazımi tədbirlərin görülməsi;
  • Ehtiyat hissələrinin müəyyən edilməsi və sifarişinin SAP sistemi üzərindən izlənilməsi;
  • NÖC və avtomatika avadanlıqlarının təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatların hazırlanması;
  • NÖC və avtomatika təmiri bölməsinin illik xərclərin büdcəyə uyğunluğunun izlənilməsi;
  • Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işlərin daimi izlənilməsi, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat hazırlanması;
  • Tabeçiliyində olan işçilərə lazımi təlimlərin verilməsi, ehtiyac olunan təlimlər haqqında məlumatı və aparılan təlimlərin qiymətləndirmə nəticəsinin böyük mühəndisə vaxtında bildirilməsi;
  • Tabeçiliyində olan işçilərdən gələn təkliflərin şərhi və onlar barədə üst rəhbərliyə mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələrin verilməsi;
  • Podratçı şirkətin görəcəyi NÖC və avtomatika üzrə təmir işlərinin düzgün yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Qəza duruşlarında NÖC və avtomatika cihazların nasazlıqlarını müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
  • Mərkəzləşmiş təmir qaydalarına uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyətin göstərilməsi;
  • İşlədiyi struktur bölmələrdə bütün NÖC və avtomatika avadanlıqların təftişini, təmirini önləyici, qabaqlayıcı və bərpaedici qaydalara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirilməsi;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfələrin verilməsi, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşması.
.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə bakalavr təhsili;
  • Müvafiq sahə üzrə 1-5 il iş stajı;
  • İngilis dili biliyi üstünlükdür.


İş yeri: Heydər Əliyev adına Neft Emalı Zavodu

Son müraciət tarixi: 27.11.2026

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Heydər Əliyev prospekti 121 (SOCAR Tower)
Təcrübə
1–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 noyabr 2026
Dillər
English
Son tarix
27 noyabr 2026
Baxış
35

Şirkət haqqında

SOCAR
Oil & Gas · 10,000+ employees · Bakı
SOCAR — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Heydər Əliyev adına Neft Emalı Zavodudur.

Minimum 1 il, maksimum 5 il iş təcrübəsi tələb olunur.

Müvafiq sahə üzrə bakalavr təhsili tələb olunur.

İngilis dili biliyi üstünlükdür, lakin məcburi deyil.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

27 noyabr 2026-cı il.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Əməliyyat mühəndisi üzrə Bakıda digər açıq elanlar.

Fluid Force Engineering
Mütəxəssis · 4–5 ilBakı

Mühəndis

1 000–2 000₼

Hidravlik avadanlıqların texniki baxışını və təmirini təşkil etmək üçün 4-5 il təcrübə tələb olunur

Technical InspectionPreventive MaintenanceQuality ControlHydraulic system maintenance+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Hexon
MütəxəssisBakı
Maaş göstərilməyib

Sənaye IoT cihazlarının inteqrasiyası və əlaqələndirilməsi üzrə mühəndis, RS485 və Modbus bilikləri tələb olunur

Technical DocumentationMODBUS RTUMODBUS TCPIP Networking+2
Müraciət et
“socar Petroleum” Qsc
MütəxəssisBakı
Maaş göstərilməyib7 gün qalıb

Mexaniki və texnoloji avadanlıqların istismarı və təmirini təşkil etmək üçün texniki bilik tələb olunur

Mechanical Equipment OperationTechnical MaintenanceAutoCADPlanning+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
NÖC və avtomatika üzrə mühəndis
Müraciət et