Zəif cərəyan sistemlərinin quraşdırılmasına nəzarət edir və elektrik layihələrini yoxlayır.
Vakansiya haqqında
Əsas vəzifələr
- SDM-in Bütünlük və Etibarlılıq Rəhbərliyi və TN meneceri tərəfindən müəyyən edilmiş fəaliyyətlərin həyata keçirilməsi;
- Mövcud qaydalar, sənayenin ən yaxşı təcrübələri, beynəlxalq norma və standartlara əsaslanaraq etibarlılıq fəaliyyətinin həyata keçirilməsi;
- Müvafiq qeyd və məlumatların dolğun və düzgün rəsmiləşdirilməsinin aparılması, auditlərə təqdim edilməsi üçün hazırlanması və bu işlərdə böyük mühəndisin dəstəklənməsi;
- Təkmilləşdirmə və inkişaf üçün verilən təkliflərin icra edilməsi;
- Aktivlərin imkanları, keyfiyyət və istehsal sahəsində məqsədlərinə nail olunmasını təmin etmək üçün böyük mühəndisin dəstəklənməsi;
- SDM-in sahələrində istismar edilən avadanlıqların texniki vəziyyətinin keyfiyyətinə nəzarət üzrə işlərin yerinə yetirilməsinin təmin edilməsi;
- İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama, baxış və sınaqların aparılması üzrə cədvəllərin tərtib edilməsi;
- Təsdiq edilmiş cədvəllər əsasında avadanlıqlarda müvafiq yoxlamaların aparılması, yoxlama və çıxdaş aktlarının tərtib edilməsi;
- Avadanlıqların təmiri zamanı qüsur cədvəllərində təmir işlərinin həcminin yoxlama və çıxdaş aktlarına uyğunluğuna nəzarət edilməsi;
- Avadanlıqların pasportlarının tərtib edilməsinə, düzəliş və əlavələrin vaxtında aparılmasına nəzarət edilməsi;
- Avadanlıqların quraşdırılması, rekonstruksiyası və təmirindən sonra qəbulunda iştirak edilməsi və texniki sənədlərin düzgünlüyünə və dolğunluğuna nəzarət edilməsi;
- Yükqaldırıcı mexanizmlərin işləmə müddətinin hesabatının aparılması, texniki baxış və yoxlamaların həyata keçirilməsi;
- Avadanlıqlarda baş vermiş qəza vəziyyətlərinin və nasazlıqların xüsusi jurnallarda qeydiyyatının aparılmasına nəzarət edilməsi;
- Avadanlıqlarda aparılan yoxlama və müayinələrin nəticələri əsasında onların istismara yararlılığı barədə rəy verilməsi;
- Aşkar edilmiş nöqsanlar haqqında verilmiş rəy və təkliflərin vaxtında yerinə yetirilməsinin yoxlanılması və nəticələr barədə böyük mühəndisə məlumat verilməsi;
- Sobaların bütün elementlərinin məsul şəxslərlə birlikdə keyfiyyətinin yoxlanılması və müvafiq qaydada sənədləşdirilməsi;
- Avadanlıqların təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulların öyrənilməsi və istehsalata tətbiq edilməsi;
Tələblər
- Ali texniki təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- API 510, API 570 və API 653 beynəlxalq sertifikatlarına malik olmaq;
- İngilis dilini peşəkar səviyyədə (Professional Proficiency) bilmək;
Bilik və bacarıqlar
- ingilis dili
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Minimum 3 il iş təcrübəsi tələb olunur.
API 510, API 570 və API 653 beynəlxalq sertifikatları tələb olunur.
İngilis dili peşəkar səviyyədə (Professional Proficiency) bilməlidir.
Ali texniki təhsil tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarEtibarlılıq mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Mexaniki avadanlıqların təhlükəsiz istismarını təmin edir və texniki xidmətə rəhbərlik edir.
Təmir-tikinti işlərinin gedişatına nəzarət edir və texniki sənədlərlə işləmə bacarığı tələb olunur.
Bina və sənaye tikintilərinin konstruktiv layihələndirilməsini aparır, ən az 5 il təcrübəsi var.




