Vakansiya haqqında

İş barədə məlumat

  • GeoProbe MMC geotexniki tədqiqat, mühəndis-geoloji araşdırmalar, geodeziya, geofizika və hidroqrafik tədqiqatlar sahəsində fəaliyyət göstərən mühəndislik şirkətidir.
  • Şirkətin həyata keçirdiyi layihələr çərçivəsində geofiziki və hidroqrafik tədqiqatlardan əldə olunan məlumatların düzgün və dəqiq şəkildə emal edilməsi, analiz olunması, keyfiyyətinin yoxlanılması və nəticələrin hazırlanması məqsədilə Emalçı Geofizik / Geophysical Data Processing Specialist axtarırıq.

Namizədə dair tələblər

  • Geofizika, geologiya, geoloji mühəndislik, geodeziya, hidroqrafiya və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Geofiziki məlumatların emalı üzrə minimum 2 il iş təcrübəsi;
  • Mühəndis-geofiziki məlumatların emalı və analizi üzrə praktiki təcrübə;
  • Hidroqrafik məlumatların emalı üzrə iş təcrübəsi;
  • Geofiziki və hidroqrafik tədqiqatlardan əldə olunan xam məlumatların emalı, yoxlanılması və sistemləşdirilməsi bacarığı;
  • Geofiziki məlumatların keyfiyyətinə nəzarət və ilkin analizinin aparılması bacarığı;
  • Geofiziki məlumatların emalı və interpretasiyası prinsipləri üzrə bilik;
  • Müvafiq geofiziki və hidroqrafik proqram təminatları ilə işləmək bacarığı;
  • MS Office, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Texniki hesabatların, cədvəllərin, qrafiklərin və digər nəticələrin hazırlanması bacarığı;
  • Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;
  • Texniki sənədləri və layihə tələblərini İngilis və Rus dillərində oxuyub anlama bacarığı;
  • Analitik düşüncə, yüksək diqqət və dəqiqlik;
  • Məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi;
  • Komandada işləmək və layihə tələblərinə uyğun fəaliyyət göstərmək bacarığı;
  • Mühəndislik, geofizika, hidroqrafiya, tikinti və ya infrastruktur layihələrində təcrübə üstünlük hesab olunur.

Vəzifə öhdəlikləri

  • Geofiziki tədqiqatlar nəticəsində əldə olunan xam məlumatların emalını həyata keçirmək;
  • Mühəndis-geofiziki məlumatları emal etmək, analiz etmək və nəticələri hazırlamaq;
  • Hidroqrafik tədqiqatlardan əldə olunan məlumatların emalını həyata keçirmək;
  • Sahə işləri zamanı əldə edilmiş geofiziki və hidroqrafik məlumatların düzgünlüyünü və tamlığını yoxlamaq;
  • Xam məlumatları müvafiq proqram təminatlarından istifadə etməklə emal etmək;
  • Emal edilmiş məlumatların keyfiyyətinə nəzarət etmək və mümkün uyğunsuzluqları müəyyən etmək;
  • Geofiziki məlumatların ilkin interpretasiyasını həyata keçirmək;
  • Emal nəticələrini cədvəl, qrafik, xəritə və digər texniki formatlarda hazırlamaq;
  • Geofiziki və hidroqrafik məlumatları layihənin texniki tələblərinə uyğun şəkildə sistemləşdirmək;
  • Layihələr üzrə geofiziki və hidroqrafik məlumatların emal nəticələrini arxivləşdirmək və məlumat bazasını aktual saxlamaq;
  • Texniki hesabatların hazırlanmasında iştirak etmək;
  • Geofiziklər, hidroqraflar, geoloqlar, geodezistlər və digər texniki əməkdaşlarla koordinasiyalı işləmək;
  • Sahə qruplarından daxil olan məlumatların emal prosesində texniki dəstək göstərmək;
  • Layihə rəhbərinin verdiyi texniki tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
  • Geofiziki və hidroqrafik məlumatların emalı proseslərinin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı təkliflər vermək.

Əmək haqqı və şərtlər

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
  • Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Müasir və peşəkar iş mühiti.

Tələblərə uyğun namizədlərdən CV-lərini elektron poçtun mövzu hissəsində “Emalçı Geofizik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
14 oktyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

enerso
Middle · 3–5 ilBakı
Maaş göstərilməyib

Layihələrin maliyyə nəzarətini həyata keçirir və layihə xərclərinin idarə olunmasında təcrübə tələb olunur.

Cost ForecastingCost AnalysisChange ManagementData Analysis+6
Müraciət et
Makromed MMC
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Biznesin inkişafı üzrə mütəxəssis yeni tərəfdaşlar tapır və danışıqlar aparır, ən azı 1 il təcrübə tələb olunur.

Business DevelopmentPartner Relationship ManagementNegotiationProject Management+9
Müraciət etAsan müraciətAsan müraciət
Birbank
JuniorBakı
Maaş göstərilməyib1 gün qalıb

Biznes analitik olaraq məlumatları təhlil edir və layihələr üçün tələblərin toplanmasına kömək edir.

Business AnalysisProject ManagementData AnalysisReport Preparation+7
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Emalçı geofizik
Müraciət et