Tikinti sahəsində topoqrafik və geodeziya ölçmə işlərini aparmaq üçün 2-4 il təcrübə tələb olunur
Vakansiya haqqında
Vəzifə funksiyaları:
Layihə üzrə bütün geodeziya ölçmələrinin planlaşdırılması və sahədə icrasının təmin edilməsi.
Bünövrə, karkas, divarlar, fasad, mühəndis şəbəkələri və digər konstruktiv elementlərin yerinin dəqiq müəyyənləşdirilməsi və işçilərə təhvil verilməsi.
Sahədə aparılan işlərin layihə koordinatlarına, hündürlüklərə və oxlara tam uyğunluğunun yoxlanılması.
Günlük geodeziya layout-larının çıxarılması və sahə işçilərinə izahat verilməsi.
İcra zamanı yaranan uyğunsuzluqların dərhal aşkar edilərək mühəndis heyətinə və rəhbərliyə bildirilməsi.
Topoqrafik çəkilişlərin aparılması və lazım olan planların hazırlanması.
İşlər tamamlandıqca “As-built” icra xəritələrinin və planlarının hazırlanması.
Total station, GPS/GNSS, nivelir və digər cihazların sazlığının, kalibrovkasının və düzgün istifadəsinin təmin edilməsi.
Layihə mühəndisləri, icraçı ustalar və sahə nəzarəti ilə koordinasiyalı şəkildə işləyərək bütün ölçülərin düzgünlüyünün təmin edilməsi.
Cihazlardan əldə olunan məlumatların düzgün emalı və AutoCAD, Civil 3D və digər proqramlarda rəsmə salınması
Vəzifəyə olan tələblər:
Təhsil: Ali (Geodeziya mühəndisliyi və ya əlaqədar sahə ).
İş Təcrübəsi: Tikinti sahəsində geodeziya üzrə minimum 2-3 illik təcrübə
Geodeziya mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil.
Total station, GPS, nivelir cihazlarının mükəmməl idarə olunması.
AutoCAD və digər geodeziya proqramlarında işləmə bacarığı (Civil 3D, NetCAD üstünlükdür).
Dəqiqlik, məsuliyyət, analitik düşünmə qabiliyyəti.
Sahə şəraitində işləməyə uyğunluq və komanda ilə işləmə bacarığı.
İş Şəraiti:
İş qrafiki: 6/1, 09:00-18:00
Nahar şirkət tərəfindən təmin olunur
Əmək Haqqı: 1500-2000 AZN NET
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki həftədə 6 gün, saat 09:00-dan 18:00-dəkdir.
Bəli, nahar şirkət tərəfindən təmin olunur.
Tikinti sahəsində geodeziya üzrə minimum 2-3 il iş təcrübəsi tələb olunur.
Geodeziya mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarGeotexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Tikinti sahəsində topoqrafik və geodeziya ölçmələrini aparmaq üçün 3 il təcrübə tələb olunur
Tikinti sahələrində topoqrafik ölçmələr aparmaq və Total Station istifadə etmək bacarığı tələb olunur
HVAC sistemlərinin layihələndirilməsi və sahədə texniki nəzarət üçün 5 il təcrübə tələb olunur



