Böyük miqyaslı bərpa olunan enerji layihələri üçün hidrologiya və hidravlik həllər hazırlamaq tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
- Daxili və xarici su təchizatı, kanalizasiya, yağış suyu və drenaj şəbəkələrinin layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.
- Binadaxili və sahədaxili avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsini idarə etmək.
- Su, kanalizasiya və drenaj şəbəkələri üzrə hidravlik hesablamaların aparılmasını və yoxlanılmasını təmin etmək.
- Su anbarları, nasosxanalar və mühəndis-kommunikasiya qovşaqlarının texniki həllərini hazırlamaq.
- Mühəndis-kommunikasiya xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, elektrik) koordinasiyasını həyata keçirmək.
- Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun hazırlanmasına nəzarət etmək.
- Dövlət qurumları və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək.
- Tikinti mərhələsində layihə müəllif nəzarətini həyata keçirmək.
- Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq.
Tələblər
- AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı;
- texniki sənədlərin hazırlanması üçün Word və Excel.
- Su-kanalizasiya və yanğınsöndürmə sistemləri üzrə hidravlik hesablamalar üzrə dərin bilik.
- SNiP, SP, AzDTN və digər normativ bazaya yüksək səviyyədə bələdlik.
- Komanda idarəetmə, koordinasiya və layihə nəzarəti bacarıqları.
- Azərbaycan və rus dillərində texniki sənədləşmə ilə işləmə bacarığı.
- Su təchizatı və mühəndis-kommunikasiya sistemləri (və ya su təsərrüfatı) üzrə ali texniki təhsil.
- Sahə üzrə minimum 7–10 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə.
- Yaşayış binaları, məktəb və bağçalar, nasosxanalar, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Minimum 7-10 il layihələndirmə təcrübəsi tələb olunur.
AutoCAD, Revit, Word və Excel proqramlarında sərbəst işləmək bacarığı tələb olunur.
Su təchizatı, kanalizasiya, yağış suyu, drenaj, yanğınsöndürmə sistemləri və mühəndis-kommunikasiya xətləri üzrə layihələrdir.
Müraciət e-mail vasitəsilə edilir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHidrotexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Yanğın xəbərverici sistemlərin layihələndirilməsi, quraşdırılması və auditini aparmaq üçün 5 il təcrübəli mühəndis.
Tikinti işlərinin layihə və texniki sənədlərə uyğun icrasına nəzarət edir, 5 il təcrübə tələb olunur
Memar kimi restoran və hotel layihələrində 5 ildən artıq təcrübə və AutoCAD bilikləri tələb olunur




