HVAC sistemlərinin layihələndirilməsi və sahədə texniki nəzarət üçün 5 il təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Təhkim olunduğu yaşayış və qeyri-yaşayış binalarında havalandırma, isitmə və soyutma sistemlərinin yerli norma və standartlara uyğun layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq, profilaktik baxımını təşkil etmək;
- Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
- Layihələndirilmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələndirilmə proqramlarından istifadə etmək;
- Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması;
- Avadanlıqların yükünün ( gücünün və ya məhsuldarlığının ) hesablanması və avadanlıqların seçilməsi , layihələrin hazırlanması , smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi;
- Obyektlərdə sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması;
- Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin (elementlərin) işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması;
- İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;
- İsitmə-soyutma, hava tədarükü sistemlərin (avadanlıqların) əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirməsi;
- Tender sənədlərinin toplusuna aid sənədlərin hazırlanmasında iştirak etmək;
- Layihədə baş verən gecikmələrin qarşısının alınması üçün monitorinq keçirmək, mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
- Layihə-smeta sənədləri üzrə podratçı təşkilatlardan rəylərin alınması, iradların aradan qaldırılması və müvafiq qurumlarda layihənin müdafiəsini təmin edilməsi;
- Avadanlıqların düzgün işləməsini təmin etmək üçün bütün problemləri vaxtında aşkarlayıb daxili resusların və yaxud 3-cü tərəflərin hesabına operativ həll etmək.
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
- İş qrafiki: 5/2, 09:00-18:00;
- Müəyyən olunmuş nöqtələrdən iş yerinə nəqliyyat xidməti təmin edilir;
- Nahar ilə təmin edilmə.
Tələblər
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Müvafiq sahədə ali təhsil;
- VRF (VRV), Çiller, Qazanxana və havalandırma sistemləri üzrə biliklərin olması;
- Rus dili biliyi üstünlükdür;
- AutoCad,MS Office proqramları biliyi;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HVAC mühəndisi üzrə bazar adətən 1 300–1 850 ₼ ödəyir, median — 1 750 ₼.
8 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HVAC mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunur.
Müəyyən olunmuş nöqtələrdən iş yerinə nəqliyyat xidməti təmin edilir.
İşçilərə nahar təmin edilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHVAC mühəndisi üzrə Bakıda digər açıq elanlar.
HVAC sistemlərinin layihələndirilməsi və quraşdırılması üzrə mühəndis, AutoCAD və MS Office bilikləri tələb olunur
İstilik, ventilyasiya və kondisionerləşmə sistemlərinin layihələndirilməsini və nəzarətini həyata keçirmək üçün mühəndis tələb olunur
Havalandırma və soyutma sistemlərinin texniki vəziyyətini qiymətləndirir və texniki xidmətə nəzarət edir




