Tikinti layihələrində işlərin texniki sənədlərə və norma qaydalarına uyğun idarə edilməsini təmin edir.
Vakansiya haqqında
Yer: Bakı
Məşğulluq növü: Tam ştat
WEBUILD şirkəti komandamıza qoşulmaq, yaşayış, kommersiya və digər müxtəlif layihələrin icrası prosesində iştirak etmək üçün ən azı 2 il təcrübəsi olan Fit-Out Mühəndisi axtarır.
İdeal namizəd interyer (təmir-tamamlama) işlərinin texniki detalları üzrə dərin biliyə malik olmalı, layihənin icrasına nəzarət etməyi və cizgilərin sahədə düzgün tətbiqini təşkil etməyi bacarmalıdır.
Vəzifə öhdəlikləri
- Fit-out işlərinin sahədə icrasına və gündəlik nəzarətə
- Layihə sənədlərinin, çertyojların və spesifikasiyaların yoxlanması
- Material və avadanlıq tələblərinin müəyyən edilməsi
- İş həcmlərinin (BOQ) hesablanması və aktların hazırlanması
- Podratçıların işinin keyfiyyət və təhlükəsizlik baxımından yoxlanması
- Gündəlik və həftəlik hesabatların hazırlanması
- Fit-out Manager ilə sıx əməkdaşlıq
Əsas tələblər
- Fit-out (təmir-tamamlama), interyer layihələrinin icrası və sahə mühəndisliyi üzrə ən azı 2 illik iş təcrübəsi
- Layihə və cizgilərin koordinasiyası: Memarlıq və dizayn cizgilərini (Shop Drawings) dərindən oxumaq və təhlil etmək bacarığı. İnteryer (tamamlama/mebel) işləri ilə mühəndislik (MEP: mexanika, elektrik, santexnika) sistemlərinin kəsişmələrini sahədə koordinasiya etmək və dizaynı texniki reallığa uyğunlaşdırmaq
- Dəqiq material smetası və xərc proqnozlarını təmin etmək üçün kəmiyyət hesablamalarının (metraj/BOQ) aparılması
- Bütün görülən işlərin tikinti-quraşdırma standartlarına və spesifikasiyalara cavab verməsini təmin etmək üçün layihə komandası ilə sıx əməkdaşlıq
- Təmir-quraşdırma prosesinə birbaşa nəzarət etmək və layihələrin keyfiyyətini, büdcəsini və icra qrafikini qoruyub saxlamaq
- Tikinti sahəsindəki işlərin normativ qaydalara və layihə tələblərinə uyğunluğunun təmin edilməsi
- Mövcud cizgilərdə sahəyə uyğun operativ düzəlişlər edə bilmək üçün AutoCAD (və ya Revit) proqramında sərbəst işləmək bacarığı
- Dil bilikləri: Azərbaycan dili (səlis), ingilis dili (arzuolunandır)
Qeyd: İcra prosesində dəqiqlik və texniki detallara diqqət çox vacibdir. İdeal namizəd dizayn konseptini sahədə düzgün tətbiq etməyi, podratçılarla (və ya istehsalat qrupu ilə) texniki detalları dəqiqləşdirməyi və quraşdırma/təmir prosesində yarana biləcək mühəndislik problemlərini operativ şəkildə həll etməyi bacarmalıdır.
Zəhmət olmasa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində vəzifənin adını yazın. İştirak etdiyiniz layihələrin siyahısı və ya portfolionuz varsa, əlavə etməyiniz arzuolunandır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İnşaat mühəndisi üzrə bazar adətən 1 000–2 250 ₼ ödəyir, median — 1 350 ₼.
6 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İnşaat mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Ən azı 2 il təcrübə tələb olunur.
Tam ştat iş rejimidir.
AutoCAD və ya Revit proqramlarında sərbəst işləməlidir.
Azərbaycan dili səlis, ingilis dili arzuolunandır.
CV-ni elektron poçt vasitəsilə göndərin, mövzu hissəsində vəzifənin adını yazın. İştirak etdiyiniz layihələrin siyahısı və ya portfolio varsa, əlavə edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİnşaat mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələrinin icrasına texniki nəzarət edir və layihə sənədlərini təhlil edir.
Tikinti və təmir işlərini idarə etmək və normativ sənədlər hazırlamaq bacarığı tələb olunur
Tikinti işlərinin planlaşdırılması və icrasına nəzarət edən, sahə işləri üzrə təcrübəsi olan mühəndis.


