Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • keyfiyyət məsələləri ilə bağlı təchizatçılarla yazışmaların aparılması və xarici auditlərin müşayiət olunması;
  • metrologiya təminatının həyata keçirilməsi (avadanlıqların illik kalibrlənmə planına uyğun olaraq);
  • məhsulların geri çağırılması / dövriyyəsinin dayandırılması ilə bağlı işlərin aparılması;
  • məhsulların geri qaytarılması üzrə sənədlərin hazırlanması, məhsulun dövriyyəyə buraxılması və ya yararsız hesab edilərək çıxdaş edilməsi barədə qərarın qəbul edilməsi üçün təqdim olunması, həmçinin geri qaytarılan məhsullarla bağlı məsul şəxslər tərəfindən qərarların qəbul edilməsinə nəzarət;
  • kənarlaşmaların uçotu və araşdırılması;
  • təlimlərin keçirilməsi;
  • anbar üzrə özünüyoxlamaların hazırlanması və keçirilməsi, hesabatların hazırlanması, CAPA planlarının tərtib edilməsi və onların icrasına nəzarət;
  • Etibarlı Distribusiya Təcrübəsi (GDP) üzrə məcburi sənədlərin (proqramlar, əmrlər, planlar, hesabatlar və s.) hazırlanması;
  • məsuliyyət sahəsi çərçivəsində GDP üzrə SƏP-lərın (SOP) hazırlanmasında iştirak və/və ya onların müstəqil şəkildə hazırlanması.

Tələblər:

  • ali peşə təhsili (ideal olaraq – əczaçılıq, biologiya və ya kimya) və keyfiyyətin idarə edilməsi sahəsində müvafiq vəzifədə ən azı 1 il iş təcrübəsi / İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında “Sənaye əczaçılığı” ixtisası üzrə magistr təhsili (ixtisaslaşma: Dərman vasitələrinin keyfiyyətinin təmin edilməsi);
  • Etibarlı Distribusiya Təcrübəsi (GDP), ISO 9000 seriyalı standartlar, habelə keyfiyyətin idarəetmə sistemi ilə bağlı digər rəhbər, metodiki və normativ sənədlər haqqında bilik;
  • Azərbaycan Respublikasının əczaçılıq fəaliyyəti sahəsində qanunvericiliyini, dərman vasitələrinin, sərfiyyat materiallarının və tibbi təyinatlı məmulatların distribusiyası, saxlanması və daşınmasına dair tələbləri bilməsi;
  • 1C informasiya sistemləri üzrə bilik;
  • Microsoft Office tətbiq proqramlarını (Word, Excel, PowerPoint) bilmək;
  • rus və Azərbaycan dillərini mükəmməl bilmək;
  • ingilis dili biliyi Pre-Intermediate səviyyəsindən aşağı olmamalıdır.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 avqust 2026
Dillər
Russian, Azerbaijani, English
Son tarix
25 sentyabr 2026

Şirkət haqqında

Avromed Company MMC
Əczaçılıq məhsullarının istehsalı, İnsan sağlamlığı və sosial xidmətlər · 500 + · Baku

Avromed Company MMC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə əməkdaşlıq edərək Azərbaycan səhiyyə sisteminin müalicə və…

Avromed Company MMC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bleyz Media
Middle · 2–3 il
1 000

Korporativ müştərilərə marketinq xidmətləri təqdim edir və B2B satışda 2-3 il təcrübəsi var.

B2B SalesSMMSEOGoogle Ads+15
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Keyfiyyət üzrə mütəxəssis
Müraciət et