Xidmətlərin keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq və keyfiyyətə nəzarət sahəsində 3 il təcrübə tələb olunur
Vakansiya haqqında
- Tikinti və daşınmaz əmlak layihələri üzrə texniki risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsində həyata keçirtmək;
- Tikinti layihələri üzrə risk əsaslı monitorinq və yoxlama planlarının hazırlanmasında, habelə onların icrasında iştirak etmək;
- Layihə-smeta sənədlərinin, texniki tapşırıqların, iş həcmlərinin (BoQ), tikinti qrafiklərinin və digər texniki sənədlərin təhlilini həyata keçirmək;
- Tikinti layihələrində büdcə aşımı, icra müddətlərinin gecikməsi, iş həcmlərinin düzgün müəyyən edilməməsi və keyfiyyət uyğunsuzluqları ilə bağlı riskləri qiymətləndirmək;
- Tikinti layihələrinin icra vəziyyətinə dair təqdim edilmiş hesabatların faktiki iş həcmləri, görülmüş iş aktları və digər təsdiqedici sənədlərlə uyğunluğunu yoxlamaq;
- Risk əsaslı seçim əsasında tikinti sahələrində yerində monitorinqlər aparmaq, görülmüş işlərin layihə sənədlərinə, texniki tələblərə və təqdim edilmiş hesabatlara uyğunluğunu qiymətləndirmək;
- Podratçı və subpodratçıların fəaliyyətində texniki riskləri, işlərin keyfiyyəti və icra vəziyyəti ilə bağlı potensial uyğunsuzluqları müəyyən etmək;
- Tikinti proseslərində daxili nəzarət mexanizmlərinin mövcudluğunu, adekvatlığını və effektivliyini qiymətləndirmək, nəzarət boşluqlarının aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
- Tikinti işlərinin qüvvədə olan normativ-texniki sənədlərə, layihə tələblərinə, keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun qiymətləndirilməsində iştirak etmək;
- Aparılmış monitorinq və yoxlamaların nəticələri üzrə aşkar edilmiş riskləri və uyğunsuzluqları sənədləşdirmək, hesabatların və müvafiq tövsiyələrin hazırlanmasında iştirak etmək;
- Müəyyən edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin icra vəziyyətini izləmək və onların effektivliyini qiymətləndirmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə bazar adətən 650–1 300 ₼ ödəyir, median — 1 120 ₼.
47 açıq vakansiya, 41 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Keyfiyyətə nəzarət üzrə mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müraciət üçün son tarix 20 noyabr 2026-cı ildir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyətə nəzarət üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
İstehsalat prosesində keyfiyyətə nəzarət edir və HACCP sertifikatına malikdir.
Elektrik sahəsində keyfiyyətə nəzarət edir, sənədləşmə və yoxlama bacarıqları tələb olunur
Anbarlarda keyfiyyət və qida təhlükəsizliyi sistemlərinin tətbiqini idarə edir, minimum 3-4 il təcrübə tələb olunur





