İstehsalat və laborator analizləri həyata keçirir, keyfiyyətə nəzarət və qida təhlükəsizliyi bilikləri tələb olunur
Vakansiya haqqında
- İstehsal olunan məhsulların və satın alınan xammalın keyfiyyətinə nəzarət prosesini təşkil etmək;
- İstehsalat Sınaq Laboratoriyasının fəaliyyətinə rəhbərlik etmək, sınaqların düzgün icrasını və nəticələrin etibarlılığını təmin etmək;
- Zay məhsul və uyğunsuzluqların səbəblərini təhlil etmək, kök səbəb analizi aparmaq və düzəldici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
- Müştəri şikayətləri və reklamasiya hallarının araşdırılmasını təşkil etmək;
- Laboratoriyanın ISO/IEC 17025 tələblərinə uyğun akkreditasiya prosesini təşkil etmək və auditlər zamanı laboratoriyanı təmsil etmək;
- Ölçmə və sınaq vasitələrinin kalibrlənməsi və metroloji nəzarətini təmin etmək;
- SAP ERP sistemi üzərindən keyfiyyətə nəzarət proseslərinin və məlumatların düzgün qeydiyyatını izləmək;
- Keyfiyyətə nəzarət proseslərinin davamlı təkmilləşdirilməsini təmin etmək;
- Tabeliyində olan əməkdaşların fəaliyyətini idarə etmək və iş bölgüsünü təşkil etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə bazar adətən 650–1 300 ₼ ödəyir, median — 1 110 ₼.
48 açıq vakansiya, 42 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Keyfiyyətə nəzarət üzrə mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini qoruyur.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyətə nəzarət üzrə mühəndis üzrə Sumqayıtda digər açıq elanlar.
Keyfiyyət təminatı sistemlərinin effektiv fəaliyyətini icra etmək və ISO standartları üzrə məlumatlı olmaq.
İstehsalat prosesində keyfiyyətə nəzarət edir, analiz və araşdırma bacarığı tələb olunur
Qazma və boru kəməri layihələrində keyfiyyətə nəzarət və komanda rəhbərliyi tələb olunur





