Vakansiya haqqında

Şirkət: Azərbaycan Şəkər İstehsalat Birliyi MMC

Tələblər:

  • Ali təhsil (Mexanika, Kimya və ya Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə).

  • Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində 3 il iş təcrübəsi.

  • MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı.

  • Yüksək analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.

  • Qida təhlükəsizliyi, keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər (ingilis və rus dili bilikləri üstünlükdür)

Vəzifə öhdəlikləri

  • İş təlimatlarına uyğun olaraq laborator və istehsalat nəzarət analizlərini həyata keçirmək.

  • Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək.

  • İstehsalat və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət etmək.

  • Uyğunsuzluq aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici-önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.

  • Hazır məhsul, yarımfabrikat, xammal, qablaşdırma materialları və qatqı maddələrinin qəbul şərtlərinə uyğunluğunu yoxlamaq.

  • İstehsalat sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək.

  • Anbar sahələrində temperatur, rütubət, paletləmə və təmizlik göstəricilərini yoxlamaq və nəticələri qeydiyyata almaq.

  • Aparılmış yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat və qeydləri hazırlamaq.

  • Növbə ərzində həyata keçirilən yoxlamalar və nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək

İş şəraiti

  • İş Qrafiki: Növbəli

  • İş yeri: İmişli, Azərbaycan Şəkər İstehsalat Birliyi MMC

  • Nəqliyyat dəstəyi mövcuddur

  • Nahar şirkət tərəfindən təmin olunur

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 sentyabr 2026
Dillər
English, Russian
Son tarix
25 oktyabr 2026
HRX ilə müraciət
3
Baxış
47

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə bazar adətən 700–1 750 ₼ ödəyir, median — 1 110 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

48 açıq vakansiya, 26 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Keyfiyyətə nəzarət üzrə mühəndis kimi öz maaşını yoxla

Şirkət haqqında

Azersun Holding
Emal sənayesi, Qida məhsullarının istehsalı · Baku
Azersun Holding — bütün vakansiyalar

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri İmişli, Azərbaycan Şəkər İstehsalat Birliyi MMC-dədir.

İş qrafiki növbəlidir.

Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı tələb olunur.

Ali təhsil (Mexanika, Kimya və ya Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə) tələb olunur.

CV-nizi elektron poçt ünvanına göndərin, mövzu hissəsində “İnspektor - İmişli” qeyd edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə digər açıq elanlar.

Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Keyfiyyətə nəzarət üzrə inspektor
Müraciət et