Dəmir-beton işlərinin keyfiyyətinə nəzarət edir, 2-4 il təcrübəsi tələb olunur
Vakansiya haqqında
Şirkət: Azərbaycan Şəkər İstehsalat Birliyi MMC
Tələblər:
- Ali təhsil (Mexanika, Kimya və ya Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə).
- Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində 2 il iş təcrübəsi.
- MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı.
- Yüksək analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.
- Qida təhlükəsizliyi, keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər (ingilis və rus dili bilikləri üstünlükdür)
Vəzifə öhdəlikləri
- Müəssisədə istehsal olunan məhsulların aidiyyatı istehsal xətti üzrə bütün mərhələlərinin və ardıcıllığının monitorinqini aparmaq, aşkarlanan kənaraçıxmalar və problemlər barədə rəhbərliyə yazılı hesabat vermək, həmçinin təsdiq olunmuş tədbirlər planının və fəaliyyətlərin icra vəziyyətini izləmək.
- İstehsal xətlərində və avadanlıqlarda nasazlıq yarandıqda, habelə texnoloji parametrlər təyin edilmiş hədlərdən kənara çıxdıqda dərhal səlahiyyətli şəxsləri məlumatlandırmaq və uyğunsuzluqların aradan qaldırılması üzrə görülən tədbirlər barədə rəhbərliyə yazılı hesabat təqdim etmək.
- Məhsul və ya palet üzərində izləniləbilirliyi (izləmə imkanını) təmin etmək üçün zəruri məlumatların və markalanmanın mövcudluğuna nəzarət etmək; müvafiq məlumatlar çatışmadıqda və ya uyğunsuzluq aşkarlandıqda, zəruri tədbirlərin görülməsi üçün aidiyyəti şəxsləri dərhal məlumatlandırmaq və hesabat təqdim etmək.
- Fabrikdə istehsal olunan bütün məhsulların qablaşdırılmasına (ambalajlanmasına) nəzarət etmək və müvafiq formalarda qeydiyyat aparmaq; uyğunsuzluq aşkar edildikdə dərhal məsul şəxsi məlumatlandırmaq və bilavasitə tabe olduğu rəhbərliyə yazılı hesabat təqdim etmək.
- Hazır məhsulların yüklənəcəyi nəqliyyat vasitəsini yükləmədən əvvəl yoxlamaq və yüklənmiş məhsulların düzgün yığılmasına (stiflənməsinə) nəzarət etmək; uyğunsuzluq aşkar edildikdə dərhal aidiyyəti səlahiyyətli şəxsə müraciət etmək, bilavasitə tabe olduğu rəhbərliyə məlumat vermək və növbəlik hesabatda (raportda) müvafiq qeydiyyat aparmaq.
- Hazır məhsulların anbarlarda müəyyən edilmiş saxlanma şərtlərinə (temperatur, rütubət, təmizlik və s.) riayət olunmasına nəzarət etmək.
- Xammal, köməkçi materiallar və hazır məhsulların müəyyən edilmiş saxlanma şərtlərinə (yığılma, saxlanma planına və s.) uyğunluğuna nəzarət etmək, uyğunsuzluqlara yol verməmək; uyğunsuzluq aşkar edildikdə məsul şəxsə xəbərdarlıq edərək onun aradan qaldırılmasını tələb etmək.
- Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək.
- Aparılmış yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat və qeydləri hazırlamaq.
- Növbə ərzində həyata keçirilən yoxlamalar və nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək
İş şəraiti
- İş Qrafiki: Növbəli
- İş yeri: İmişli, Azərbaycan Şəkər İstehsalat Birliyi MMC
- Nəqliyyat dəstəyi mövcuddur
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor - İmişli” qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə bazar adətən 700–1 300 ₼ ödəyir, median — 1 100 ₼.
44 açıq vakansiya, 39 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Keyfiyyətə nəzarət üzrə mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri İmişlidə, Azərbaycan Şəkər İstehsalat Birliyi MMC-dədir.
İş növbəli qrafikdə təşkil olunur.
CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçEmail mövzusunda “İnspektor - İmişli” qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyətə nəzarət üzrə mühəndis üzrə İmişlidə digər açıq elanlar.
Xidmətlərin keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq və keyfiyyətə nəzarət sahəsində 3 il təcrübə tələb olunur
İstehsalat və laborator analizləri həyata keçirir, keyfiyyətə nəzarət və qida təhlükəsizliyi bilikləri tələb olunur
Elektrik quraşdırmalarına nəzarət edir və keyfiyyət standartlarına uyğunluq üçün yoxlamalar aparır.




