Tikinti sahəsində keyfiyyətə nəzarət edir və metal konstruksiyaların montajında təcrübəsi olmalıdır.
Vakansiya haqqında
Azmade Groupa daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Keyfiyyətə Nəzarət üzrə mühəndis” axtarışındadır.
Tələblər:
- İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil.
- Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi.
- Metal konstruksiyaların montajı, qaynaq, boltlu birləşmələr və ümumi tikinti işləri üzrə [təcrübə/bilik].
- Layihə çertyojlarını, Shop Drawing və KMD sənədlərini oxumaq bacarığı.
- ITP, WIR, MIR, NCR, MS və qəbul aktları ilə işləmək təcrübəsi.
- NDT üsulları və layihəyə tətbiq olunan EN/AWS standartları haqqında biliklər.
- AutoCAD, MS Excel və Word proqramları ilə işləmək bacarığı.
- Sifarişçi ilə inspeksiyaların aparılması, dəqiqlik və obyektiv qərarvermə bacarığı.
Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
İş öhdəlikləri:
- Tikinti sahəsində işlərin təsdiq edilmiş layihə, texniki spesifikasiya və qəbul meyarlarına uyğunluğunun yoxlanılması.
- Metal konstruksiyaların montajı, anker, bolt və sahə qaynaq birləşmələrinin keyfiyyətinə nəzarət.
- Həndəsi ölçülərin, şaquliliyin, üfüqiliyin və montaj toleranslarının yoxlanılması.
- Materialların qəbul yoxlamalarının aparılması və MIR sənədlərinin hazırlanması.
- ITP, WIR, yoxlama siyahıları və inspeksiya hesabatlarının hazırlanması və idarə olunması.
- Qaynaq və digər tələb olunan sınaqların, o cümlədən NDT yoxlamalarının koordinasiyası.
- Beton, armatur, qəlib və digər tikinti işlərinin keyfiyyət yoxlamalarının təşkili.
- Gizli işlərin yoxlanılması və müvafiq qəbul aktlarının hazırlanmasında iştirak.
- Uyğunsuzluqların (NCR) qeydə alınması, düzəldici tədbirlərin və təkrar yoxlamaların izlənilməsi.
- Sifarişçi inspeksiyalarının koordinasiyası, Punch List və yekun keyfiyyət sənədlərinin tamamlanması.
İş şəraiti
- İş qrafiki: 6 günlük iş rejimi
- 08:00-16:00 iş saatları
- Şənbə günü 08:00-14:00
- 13:00-14:00 nahar fasiləsi
- İş yeri: Bakı şəhəri
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Keyfiyyətə Nəzarət üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə bazar adətən 700–1 800 ₼ ödəyir, median — 1 200 ₼.
64 açıq vakansiya, 37 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Keyfiyyətə nəzarət üzrə mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki 6 günlükdir, 08:00-16:00, şənbə 08:00-14:00, nahar fasiləsi 13:00-14:00.
İş yeri Bakı şəhəridir.
Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyətə nəzarət üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Tikinti işlərinin keyfiyyətinə nəzarət edir və 3 il təcrübəsi tələb olunur.
Tikinti proseslərində keyfiyyətə nəzarət edir və layihə sənədləri hazırlayır, 3 il təcrübə tələb olunur.
İstehsalat məhsullarının keyfiyyətinə nəzarət edir və qida təhlükəsizliyi biliklərinə malikdir.




