İstehsal prosesində məhsulun keyfiyyətinə nəzarət edir və minimum 1 il təcrübə tələb olunur
Vakansiya haqqında
Şirkətimiz istehsal proseslərinin səmərəli təşkili, məhsul keyfiyyətinin təmin edilməsi və müvafiq standartlara uyğunluğun qorunması məqsədilə komandasına Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
- İstehsal olunan süd və ət məhsullarının keyfiyyət göstəricilərinə nəzarət etmək;
- Xammalın, yarımfabrikatların və hazır məhsulların keyfiyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq;
- Məhsullardan nümunələrin götürülməsi və müvafiq keyfiyyət yoxlamalarının aparılmasında iştirak etmək;
- Məhsulların saxlanma və daşınma şəraitinə, temperatur rejiminə və gigiyena tələblərinə riayət olunmasına nəzarət etmək;
- Müəyyən edilmiş keyfiyyət standartlarından kənarlaşmaları aşkar etmək, qeydə almaq və aidiyyəti şəxsləri məlumatlandırmaq;
- Keyfiyyətə nəzarət üzrə müvafiq sənədləri, jurnalları və hesabatları hazırlamaq;
- İstehsal və saxlanma proseslərində sanitariya-gigiyena və qida təhlükəsizliyi tələblərinə əməl olunmasını izləmək;
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək.
Namizədə tələblər:
- Qida mühəndisliyi, qida təhlükəsizliyi, kimya, biologiya və ya müvafiq sahələr üzrə ali təhsil;
- Keyfiyyətə nəzarət və ya qida istehsalı sahəsində iş təcrübəsi – arzuolunandır;
- Qida təhlükəsizliyi, sanitariya-gigiyena və məhsulların saxlanması qaydaları barədə biliklər;
- Keyfiyyət göstəricilərinin yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi bacarığı;
- MS Office proqramları, xüsusilə Excel üzrə biliklər;
- Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
- Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik;
- Komandada işləmək və istehsal əməkdaşları ilə effektiv ünsiyyət qurmaq bacarığı;
- Növbəli iş rejimində işləməyə hazır olmaq.
İş şəraiti:
- İş qrafiki: istehsal proseslərinin xüsusiyyətlərinə uyğun növbəli iş rejimi;
- Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
- İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə bazar adətən 700–1 800 ₼ ödəyir, median — 1 120 ₼.
54 açıq vakansiya, 29 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Keyfiyyətə nəzarət üzrə mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Şamaxı şəhərində, Şirvan Aqro MMC-dədir.
İş növbəli rejimdə, istehsal proseslərinin xüsusiyyətlərinə uyğun təşkil olunur.
Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
Namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyətə nəzarət üzrə mühəndis üzrə Şamaxı şəhərində digər açıq elanlar.
Tikinti proseslərində keyfiyyətə nəzarət edir və layihə sənədləri hazırlayır, 3 il təcrübə tələb olunur.
İstehsalat proseslərinin keyfiyyətinə nəzarət edir və keyfiyyət standartları üzrə təcrübəyə malikdir.
Fasad işlərinin keyfiyyətinə nəzarət edir və sənədləşmə bacarığı tələb olunur.





