Tikinti sahəsində işlərin keyfiyyətinə nəzarət edir və layihə sənədlərini hazırlamaq bacarığı tələb olunur
Vakansiya haqqında
“STP GLOBAL CABLE” MMC Laboratoriya bölməsinə “Sınaqçı mühəndis” vakansiyası elan edir.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
Ali təhsil;
Müvafiq sahədə 2 il iş təcrübəsi;
Azərbaycan dilini sərbəst, Rus və İngilis dilini yaxşı səviyyədə bilməli;
Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
ISO 17025 sertifikatının olması arzu olunandır;
İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
İstehsal olunmuş məhsulun keyfiyyətinə nəzarət edir,sınaqlar aparır və müvafiq rəy verir;
Məhsulun keyfiyyətinə nəzarət işlərini və sınaqların keçirilməsini beynəlxalq, yerli standartlar və texniki şərtlər əsasında təmin etmək;
İstehsal olunmuş məhsulun sınağını keçirir, onların keyfiyyətinin standartlar və texniki şərtlərin tələblərinə uyğun olub-olmaması nəticələrini sənədləşdirir;
Laboratoriyanın fəaliyyəti haqqında hesabatları hazırlayır və laboratoriyanın baş mühəndisinə təqdim edir;
Standartların tələbinə uyğun olmayan məhsulların aşkar olunması, sənədləşdirilməsi, istifadə edilməsi barədə müvafiq tədbirlər görür, laboratoriyanın baş mühəndisinə rəy və təkliflər verir;
Uyğunsuzluqların qarşısını almaq üçün təkrar yoxlamalar keçirir.
Nə əldə edəcəksiniz?
Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
Adekvat əmək haqqı;
Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
İş vaxtı: Növbəli;
İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə bazar adətən 700–1 400 ₼ ödəyir, median — 1 120 ₼.
53 açıq vakansiya, 37 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Keyfiyyətə nəzarət üzrə mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Sumqayıtdadır.
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi tələb olunur.
Adekvat əmək haqqı təklif olunur.
Microsoft Office proqramlarını peşəkar səviyyədə bilməlidir.
Azərbaycan dilini sərbəst, Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir.
Müraciət e-mail vasitəsilə edilir, sənədlər və CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyətə nəzarət üzrə mühəndis üzrə Sumqayıtda digər açıq elanlar.
Tikinti sahəsində keyfiyyətə nəzarət edir və minimum 3 il təcrübə tələb olunur
Tikinti işlərinin keyfiyyətinə nəzarət edir və 3 il təcrübəsi tələb olunur.
Tikinti sahəsində keyfiyyətə nəzarət edir və metal konstruksiyaların montajında təcrübəsi olmalıdır.





