Beton və polad konstruksiyaların layihələndirilməsi və sahə nəzarəti üzrə 5 ildən çox təcrübəsi olan mühəndis.
Vakansiya haqqında
Əsas vəzifələr
- Konstruktiv işçi layihələrin memarlıq cizgiləri əsasında qüvvədə olan inşaat norma və qaydalarına riayət edilməklə hazırlanması;
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəllərinin tərtibatı;
- Metal konstruksiyaların cizgilərinin yerli norma və qaydalara uyğun olaraq işlənilməsi, elementlərin birləşmə düyünlərinin detallı şəkildə hazırlanması;
- Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin,layihələndirilməsi;
- Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması;
- Konstruktiv hesabatların aparılması - İnşaat konstruksiyalarının (metal, dəmir- beton konstruksiyalar);
- Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
- Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
- Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək;
- Metal konstruksiya, demir beton konstruksiya, taxta konstuksiya, və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
Tələblər
- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
- İnşaat norma və qaydalarını bilməli və bu normaların tələblərini layihələrdə nəzərə almalı;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini, işləmə prinsiplərini bilməli;
- AutoCad proqramında işləmə bacarığı (Tekla Structural və Lira 9.6 proqramlarını bilməyi arzuolunandır);
- İşində peşəkar və məsuliyyətli olmalı, verilən tapşırığı dəqiq və vaxtında yerinə yetirməyi bacarmalıdır.
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
- İş qrafiki: 5/2, 09:00-18:00;
- İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki həftədə 5 gün, 09:00-dan 18:00-dəkdir.
İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma təmin edilir.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunur.
Namizədin inşaat mühəndisliyi üzrə ali təhsili və 3-5 il iş təcrübəsi olmalıdır.
AutoCAD proqramında işləmə bacarığı tələb olunur, Tekla Structural və Lira 9.6 proqramlarını bilmək arzuolunandır.
Namizəd CV və əlaqədar sənədləri e-mail vasitəsilə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKonstruktor mühəndis üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələri üçün konstruktiv həllər hazırlayır və AutoCAD proqramında işləməyi bacarır.
Müştərilərin texniki tələblərini analiz edir və satış nümayəndələrinə texniki dəstək verir.
Tikinti prosesini idarə edir, keyfiyyətə nəzarət edir və AutoCAD bilikləri tələb olunur




