Mexaniki yığım və lehim işlərini texniki rəsm əsasında həyata keçirmək bacarığı tələb olunur
Vakansiya haqqında
Ata Pack MMC-dən vakansiya: İstehsalat operatoru köməkçisi tələb olunur
Vəzifə öhdəlikləri:
- Operatorun gündəlik iş prosesində ona dəstək göstərmək;
- Böyük istehsal avadanlıqlarının işə hazırlanması, işə salınması və dayandırılması prosesində operatora kömək etmək;
- Avadanlıqlarda yaranan kiçik texniki nasazlıqları vaxtında operatora və rəhbərliyə bildirmək;
- İstehsalat üçün tələb olunan material və ehtiyat hissələrinin anbardan gətirilməsində iştirak etmək;
- İş yerində təmizlik, nizam-intizam və təhlükəsizlik qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər istehsalat tapşırıqlarını yerinə yetirmək.
Namizədlərə tələblər:
- Təhsil : Orta və ya orta ixtisas
- İş təcrübəsi : Vacib deyil (iş təcrübəsi tələb olunmur, iş prosesi şirkət tərəfindən öyrədilir)
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, yaş həddi tələb olunmadan Bəy namizədlərin müraciətlərinə üstünlük verilir
- Fiziki cəhətdən sağlam olmaq (iş istehsalat sahəsində və böyük avadanlıqlarla əlaqəli olduğundan fiziki cəhətdən sağlam namizədlərə üstünlük verilir);
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;
- Böyük istehsal avadanlıqları ilə işləməyə maraqlı olmaq.
İş şəraiti:
- İş qrafiki: 5 günlük (şənbə və bazar istirahət)
- İş vaxtı: Növbəli qrafik
- İş yeri: Bakı, Balaxanı Sənaye Parkı (Koroğlu m/s-dan servis xidməti mövcuddur)
- Nahar, iş forması və servis şirkət tərəfindən təmin edilir.
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 600 AZN təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Maşın operatoru üzrə bazar adətən 600–1 050 ₼ ödəyir, median — 700 ₼.
54 açıq vakansiya, 30 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maşın operatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı, Balaxanı Sənaye Parkıdır, Koroğlu metrosundan servis xidməti mövcuddur.
İş qrafiki həftədə 5 gün, şənbə və bazar istirahətdir, iş növbəli qrafikdədir.
Başlanğıc aylıq əmək haqqı 600 ₼ təşkil edir.
İş təcrübəsi tələb olunmur, iş prosesi şirkət tərəfindən öyrədilir.
Orta və ya orta ixtisas təhsili tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaşın operatoru üzrə Bakıda digər açıq elanlar.
İstehsal xəttində məhsulların qablaşdırılması və keyfiyyətə nəzarət bacarığı tələb olunur
Yarımfabrikat hazırlamaq və resepturaya uyğun xəmir əməliyyatlarını yerinə yetirmək tələb olunur
Hazır məhsulları qablaşdırmaq və sanitariya qaydalarına riayət etmək bacarığı tələb olunur.


