Mexaniki yığım operatoru

Anonim işəgötürən

Vakansiya haqqında

İş şəraiti

  • Departament - İstehsalat və Mühəndislik departamenti / İstehsalat şöbəsi
  • İş qrafiki - 5 günlük iş həftəsi
  • İş yeri - Bakı (gələcəkdə Sumqayıt nəzərdə tutulur)
  • İş saatları - 09:00 – 18:00 (gün ərzində istirahət və nahar fasiləsi üçün 1 saat vaxt ayrılır)

Əmək haqqı

Vaxtamuzd əmək haqqı sistemi əsasında hesablanır. Göstərilən məbləğlər vergilər tutulduqdan sonrakı xalis əmək haqqıdır:

  • Sınaq müddəti (3 ay): aylıq 800 AZN (net)

Sınaq müddətinin müvəffəqiyyətlə yekunlaşmasından sonra aşağıdakı vəzifələr üzrə inkişaf planı təklif olunur:

  • Dərəcə I — 1 200 AZN (net)
  • Dərəcə II — 1 400 AZN (net)
  • Dərəcə III — 1 600 AZN (net)

Əmək müqaviləsi

  • Əmək müqaviləsi 3 (üç) aylıq sınaq müddəti olmaqla 1 (bir) il müddətinə bağlanılır. Tərəflər arasında narazılıq olmadığı təqdirdə müqavilə eyni müddətə uzadılır.

Əmək funksiyaları

  • Texniki rəsm və sxemlər əsasında mexaniki qovşaqların və hissələrin yığılmasını həyata keçirmək;
  • Lehimləmə işlərinin icrası;
  • Yığım prosesində əl və pnevmatik alətlərdən, həmçinin müvafiq quraşdırma avadanlıqlarından təlimatlara uyğun istifadə etmək;
  • Yığılan hissə və qovşaqların ölçü və uyğunluğunu ölçü alətləri (ştangensirkul, mikrometr və s.) ilə yoxlamaq;
  • Bağlantı elementlərinin (bolt, qayka, pərçim və s.) müəyyən edilmiş moment və standartlara uyğun sıxılmasını təmin etmək;
  • İstehsal prosesində aşkar edilən qüsur və uyğunsuzluqları vaxtında bildirmək və aradan qaldırılmasında iştirak etmək;
  • İş yerində alət və avadanlıqların qulluğunu aparmaq, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Növbə ərzində yerinə yetirilən işlər üzrə müəyyən edilmiş formada hesabat və qeydiyyat aparmaq;
  • Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və sanitar-gigiyena normalarına riayət etmək;
  • Rəhbərliyin tapşırığı əsasında istehsal prosesi ilə bağlı digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Texniki təhsil (elektronika, robotexnika, mexanika, maşınqayırma və ya oxşar ixtisas üzrə üstünlük təşkil edir);
  • Mexaniki yığım və ya istehsalat sahəsində iş təcrübəsi arzuolunandır (təcrübəsi olmayan namizədlər də nəzərdən keçirilir);
  • Texniki rəsm və sxemləri oxumaq bacarığı;
  • Ölçü alətləri ilə işləmək bacarığı;
  • Lehim işləri bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik və komanda daxilində işləmək bacarığı;
  • Fiziki cəhətdən aktiv iş rejiminə uyğunluq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.

Telefon: 010 239 50 16

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800 ₼
Yerləşdirilib
25 noyabr 2026
Son tarix
25 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
136

Maaş bazarla müqayisədə

Maşın operatoru üzrə bazar adətən 600–1 050 ₼ ödəyir, median — 700 ₼.

bu vakansiya · 800 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

54 açıq vakansiya, 30 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Maşın operatoru kimi öz maaşını yoxla

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir, gələcəkdə Sumqayıt nəzərdə tutulur.

İş həftəsi 5 gündür, iş saatları 09:00-dan 18:00-dəkdir, 1 saat fasilə ilə.

Əmək haqqı vaxtamuzd sistemlə, vergilər tutulduqdan sonra 800 ₼ netdən başlayır.

Bəli, 3 aylıq sınaq müddəti var.

Namizədlər CV-lərini elektron poçt vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maşın operatoru üzrə Bakıda digər açıq elanlar.

Tam Store
Yeni başlayanBakı
750₼

Elektrokarla yüklərin daşınmasını və anbar əməliyyatlarını təhlükəsiz yerinə yetirmək tələb olunur

Warehouse ManagementForklift OperationLoad HandlingSafety Compliance+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
ATA PACK MMC
Yeni başlayanBakı
600₼

İstehsalat operatoruna avadanlıq işə salmaq və texniki dəstək göstərmək bacarığı tələb olunur

TeamworkProduction process supportEquipment Operation AssistanceBasic technical troubleshooting+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Konfirom Biskivit fabriki
Yeni başlayan · 1–3 ilBakı
510₼

Yarımfabrikat hazırlamaq və resepturaya uyğun xəmir əməliyyatlarını yerinə yetirmək tələb olunur

ResponsibilityTeamworkRecipe AdherenceSemi-finished product preparation+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
800 ₼
Mexaniki yığım operatoru
Müraciət et