Vakansiya haqqında

Funksional vəzifələr:

  • Baş memar mühəndislik xidmətləri çərçivəsində memarlıq dizayn işlərinin ən yüksək səviyyədə texniki ekspertizası, yoxlanılması və təsdiqinə cavabdehdir.
  • İşçi öz məsuliyyət sahəsi üzrə görülən işlərin effektivliyini, dizaynın dəqiqliyini, tikinti baxımından tətbiq edilə bilməsini (constructability), dolğunluğunu və texniki standartlara, normativ sənədlərə və prosedurlara uyğunluğunu yoxlayır.
  • Şirkətin dizayn və spesifikasiya prosedurları kimi standartların saxlanılması və təkmilləşdirilməsini təmin edir.
  • Layihələndirmə komandasının inkişaf strategiyasını, bacarıqlarını və resurs imkanlarını planlaşdırır və həyata keçirir. Həmçinin memarlıq sahəsi üzrə yerli və beynəlxalq tikinti qaydalarındakı və standartlarındakı dəyişiklikləri izləyir.
  • Keyfiyyət təminatı və keyfiyyətə nəzarət (QA/QC) proseslərinə dəstək göstərir, texniki məsələlərin həlli üçün spesifikasiyaların yoxlanılmasını həyata keçirir, ekspert rəhbərlik və texniki istiqamət verir. Dizaynları əməyin mühafizəsi və təhlükəsizlik prinsipləri nəzərə alınmaqla qiymətləndirir. Digər ixtisas sahələri ilə koordinasiya prosesinə nəzarət edir və onu idarə edir.
  • Dizayn komandasında layihələr üzrə texniki-iqtisadi əsaslandırma, konseptual araşdırmalar, detallı təhlillər, qiymətləndirmələr və layihələndirmə işlərini həyata keçirir. Layihə planlaşdırılması, dizayn, araşdırmalar və digər əlaqəli sənədlər üzrə texniki töhfə verir.
  • Dizayn komandasının üzvlərinə mentorluq edir, onların vəzifələrinin icrasını və mövcudluğunu izləyir, iş bölgüsünü planlaşdırır və layihələrin vaxtında, tələb olunan keyfiyyət və dəqiqlik səviyyəsində hazırlanmasını təmin edir. Daxili və xarici dizayn komandalarını motivasiya edir və təşviq edir. Texniki bilik və təcrübədən istifadə edərək dizayn prosesinə nəzarət edir.
  • Dizayn iclaslarında iştirak edir, layihə dizaynını şirkət rəhbərliyi və sifarişçilər qarşısında təqdim edir. Tapşırıqların səmərəli və operativ icrası üçün digər şöbələrlə əməkdaşlığı təmin edir.

Əsas kompetensiyalar:

  • Memarlıq dizayn prinsipləri və memarlıq sahəsində tətbiq olunan peşə standartları
  • Bina dizaynı və davamlılıq (sustainability) prinsipləri
  • Tikinti və layihə idarəetməsi
  • Tikinti texnologiyaları və üsulları
  • Büdcələşdirmə prinsipləri və prosedurları
  • Dizayn, tikinti və dəyər mühəndisliyi ilə bağlı inzibati təcrübə və yerli qanunvericilik
  • Bina proqram tələblərinin və dizayn meyarlarının hazırlanması
  • Memarlıq və interyer dizayn layihələri üzrə bütün dizayn mərhələlərinin hazırlanması təcrübəsi: konsept, ilkin dizayn, yekun dizayn, shop drawings, spesifikasiyalar və “as-built” sənədlər
  • Digər ixtisas sahələri ilə koordinasiya (MEP, konstruksiya, texnologiya, FLS, landşaft və s.)
  • RIBA standartları üzrə nəzəri və praktiki biliklər
  • BIM prinsipləri və mühiti üzrə nəzəri və praktiki biliklər
  • Yüksək səviyyəli dizayn bacarıqları və mühəndislik elmləri və texnologiyaları üzrə biliklər
  • Dizayn prosesində yaranan maneə və problemlərin effektiv şəkildə həll edilməsi bacarığı
  • Problemlərin müsbət və proaktiv yanaşma ilə həlli
  • Analitik düşüncə və detallara diqqət
  • Qətiyyət və məqsədyönlülük
  • Liderlik və motivasiya bacarıqları
  • Mürəkkəb memarlıq, şəhərsalma və interyer dizayn problemlərini həll etmək bacarığı
  • Bina dizaynı və davamlılıq tələblərinin qiymətləndirilməsi və inkişaf etdirilməsi
  • Dizayn komandasının fəaliyyətinin planlaşdırılması və təşkilində yüksək bacarıq
  • Əməkdaşlığı təşviq etmək və inkişaf etdirmək
  • Dizayn ofisi əməkdaşlarının təlim ehtiyaclarının müəyyən edilməsi, təlim və mentorluq
  • Mühüm qərarlar qəbul etmək və müstəqil qərarvermə bacarığı
  • Kompleks inzibati və texniki mövzular üzrə yazılı və şifahi effektiv ünsiyyət
  • Biznes, layihə idarəetməsi və mühəndislik proqram təminatlarından istifadə bacarığı
  • Müasir rəqəmsal alətlərdən istifadə bacarığı və yüksək səviyyəli kompüter savadlılığı

Tələblər

  • Memarlıq və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi
  • Memarlıq dizayn sahəsində minimum 10 il iş təcrübəsi, o cümlədən ən azı 5 il rəhbər və ya menecer vəzifəsində təcrübə
  • Peşəkar memarlıq qeydiyyatı və ya ekvivalent sertifikatın olması üstünlükdür
  • BIM platformaları (məsələn, Revit), CAD proqramları və layihə idarəetmə alətləri üzrə yüksək səviyyədə bilik
  • Multidissiplinar dizayn komandalarının və iri miqyaslı layihələrin idarə edilməsi üzrə təcrübə
  • Yerli normativ tələblər, icazə prosedurları və beynəlxalq standartlar üzrə biliklər
  • Müxtəlif dizayn layihələrini və innovativ memarlıq həllərinin həyata keçirilməsində liderliyi nümayiş etdirən güclü portfolio

CV, portfolio və qısa motivasiya məktubunuzu aşağıdakı ünvanlara mövzu hissəsinə “Baş memar” yazaraq göndərə bilərsiniz: [email protected] və/və ya [email protected]

Yerləşmə
Azərbaycan
Təcrübə
10+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 avqust 2026
Son tarix
10 sentyabr 2026

Şirkət haqqında

North West
Construction · Baku
North West — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

North West Construction
Manager · 10+ ilBakı
Maaş göstərilməyib

Tikinti layihələrini idarə etmək və dizayn prinsiplərinə rəhbərlik etmək, 10 il təcrübə.

Project ManagementConstruction ManagementBIMLeadership+10
Müraciət etAsan müraciətAsan müraciət
LV Logistics MMC
Senior · 5+ il
Maaş göstərilməyib

Layihə göndərmə əməliyyatlarını idarə edir və ən azı 5 il təcrübə tələb olunur.

Project ManagementTransportation ManagementNegotiationLeadership+4
Müraciət etAsan müraciətAsan müraciət
Bloom Group
Middle · 2+ il
Maaş göstərilməyib

Müştəri hesablarını idarə edir, marketinq layihələrini həyata keçirir və əlaqələri qurur.

Account ManagementClient Relationship ManagementProject ManagementCommunity Management+8
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Baş memar
Müraciət et