Sənaye proseslərinin rəqəmsallaşdırılması üzrə aparıcı mütəxəssis

SOCAR Tech

Vakansiya haqqında

Vəzifənin qısa təsviri:

  • Rəqəmsallaşma üzrə Aparıcı Mütəxəssis korporativ və sənaye proqram həllərinin tətbiqi, inkişafı, dəstəklənməsi və optimallaşdırılması üzrə ekspert səviyyəsində fəaliyyət göstərir. Mürəkkəb texniki problemlərin həllini təmin edir, texniki istiqamətləndirmə və mentorluq həyata keçirir.

Əsas vəzifə öhdəlikləri

  • Proqram həllərinin və modulların təhlili, tətbiqi, konfiqurasiyası və optimallaşdırılmasını həyata keçirmək;
  • Mövcud sistemlərin davamlı fəaliyyətini və təkmilləşdirilməsini təmin etmək;
  • Mürəkkəb texniki problemləri təhlil etmək, kök səbəbləri müəyyənləşdirmək və həll etmək;
  • Biznes tələblərini təhlil edərək funksional və texniki həllər hazırlamaq;
  • Sistemlərin performansına, dayanıqlılığına, təhlükəsizliyinə və texniki arxitekturasına nəzarət etmək;
  • Test, qəbul, dəyişiklik və istismara vermə proseslərini koordinasiya etmək;
  • Texniki sənədlərin və istifadəçi təlimatlarının hazırlanmasını təmin etmək;
  • İstifadəçilərə və maraqlı tərəflərə yüksək səviyyəli texniki dəstək göstərmək;
  • Vendor, müştəri və digər texniki komandalarla əməkdaşlıq etmək;
  • Junior və orta səviyyəli əməkdaşlara texniki və metodoloji dəstək göstərmək;
  • Yeni texnologiya və qabaqcıl təcrübələri izləmək və iş prosesində tətbiq etmək;
  • İnformasiya təhlükəsizliyi siyasətlərinə və şirkətin daxili prosedurlarına riayət etmək.

Tələblər

  • Neft-qaz mühəndisliyi, Geologiya, Geofizika, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması, Sistem mühəndisliyi, İT, Kompüter Elmləri, Kompüter Mühəndisliyi və ya digər texniki sahələr üzrə ali təhsil;
  • İT, Biznes Analizi və ya Rəqəmsallaşma sahəsində minimum 5 il təcrübə;
  • Neft-qaz, energetika və ya ağır sənayedə rəqəmsallaşma/tətbiq üzrə minimum 2 il təcrübə;
  • Sənaye proseslərinin analizi, AS-IS / TO-BE xəritələndirilməsi və rəqəmsal həllərə transformasiya üzrə praktiki təcrübə;
  • SAP ERP sistemləri üzrə biliklər;
  • Neft-qaz və sənaye prosesləri haqqında anlayış;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Liderlik, kommunikasiya və təşkilatçılıq bacarıqları;
  • Müstəqil və multitask işləmə bacarığı;
  • Texniki sənədləşdirmə və istifadəçi təlimlərinin hazırlanması üzrə təcrübə.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 avqust 2026
Son tarix
9 sentyabr 2026

Şirkət haqqında

SOCAR Tech
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri

SOCAR Tech — SOCAR və onun ekosistemi üçün texnologiya, rəqəmsallaşma və innovasiya sahəsində kompleks həllər təqdim edən texnologiya şirkətidir.

SOCAR Tech — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

North West
Senior · 10+ il
Maaş göstərilməyib

Layihə dizaynında rəhbərlik etmə və memarlıq dizayn bacarıqları tələb olunur.

Construction ManagementBudgetingBIMLeadership+9
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sənaye proseslərinin rəqəmsallaşdırılması üzrə aparıcı mütəxəssis
Müraciət et