Memarlıq layihələrinin hazırlanması və AutoCAD, Revit proqramlarında işləmək bacarığı tələb olunur
Vakansiya haqqında
Tələblər
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Memar vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
- Yaşayış, kommersiya və çoxfunksiyalı layihələr üzrə təcrübə;
- Azərbaycan Respublikasının tikinti norma və qaydaları, şəhərsalma qanunvericiliyi və ekspertiza prosedurları üzrə biliklər;
- AutoCAD, ArchiCAD, Revit (üstünlükdür), 3ds Max, SketchUp, Lumion və MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik, komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlük hesab olunur.
Əsas vəzifə öhdəlikləri
- Yaşayış, kommersiya və digər təyinatlı obyektlər üzrə memarlıq konsepsiyalarının hazırlanması və inkişaf etdirilməsi;
- Eskiz, layihə və işçi layihə mərhələləri üzrə memarlıq sənədlərinin hazırlanması və idarə olunması;
- Planlar, fasadlar, kəsiklər, detallar və spesifikasiyaların hazırlanması və optimallaşdırılması;
- Layihələrin Azərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinə, tikinti norma və qaydalarına, texniki standartlara və sifarişçi tələblərinə uyğun hazırlanmasının təmin edilməsi;
- Şəhərsalma və Dövlət Ekspertizası qurumları ilə layihələrin razılaşdırılması prosesinin koordinasiya edilməsi, normativ tələblərə uyğunluğun təmin olunması və mümkün uyğunsuzluqların layihələndirmə mərhələsində aradan qaldırılması;
- Memarlıq layihələrinin konstruksiya, elektrik, HVAC, su təchizatı və kanalizasiya, yanğından mühafizə və digər mühəndis bölmələri ilə koordinasiyasının təmin edilməsi;
- Sifarişçi, podratçı və digər layihə iştirakçıları ilə işgüzar görüşlərin keçirilməsi və layihələrin təqdim olunması;
- Layihə sənədlərinin müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət;
- Tikinti prosesində müəllif nəzarətinin həyata keçirilməsi, layihə həllərinin düzgün tətbiqinə nəzarət və yaranan texniki məsələlərin operativ həlli;
- Layihələrin müəyyən edilmiş vaxt qrafikinə, keyfiyyət standartlarına və büdcə çərçivəsində icrasının təmin edilməsi.
İş yeri: Ofis
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Memar üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 368 ₼.
21 açıq vakansiya, 38 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Memar kimi öz maaşını yoxlaŞirkət haqqında
“Baku City Residences” yerli və əcnəbi sakin və sərmayəçilər üçün müasir memarlıq üslubunda yaşayış və biznes kompleksləri təklif edən şirkətdir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Memar vəzifəsində minimum 3–5 il iş təcrübəsi tələb olunur.
AutoCAD, ArchiCAD, Revit (üstünlükdür), 3ds Max, SketchUp, Lumion və MS Office proqramlarında işləmək bacarığı tələb olunur.
Azərbaycan dili sərbəst, rus və ingilis dilləri üstünlükdür.
Memarlıq ixtisası üzrə ali təhsil tələb olunur.
Eskiz, layihə və işçi layihə mərhələlərində memarlıq sənədlərinin hazırlanması və idarə olunması tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMemar üzrə Bakıda digər açıq elanlar.
Mənzil komplekslərinin memarlıq layihələrini hazırlamaq və tikinti prosesində nəzarət etmək tələb olunur
Memarlıq dizayn mərhələlərinə rəhbərlik edir və AutoCAD, ArchiCAD bilikləri tələb olunur.
Memar kimi restoran və hotel layihələrində 5 ildən artıq təcrübə və AutoCAD bilikləri tələb olunur




